Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə... - Sabirabadda ŞOK

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə... - Sabirabadda ŞOKSabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, əri tərəfindən işgəncə görən Sevinc özünü yandıraraq intihar edib.

Hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətləri ilə Sevinc əvvəl Saatlı rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan isə Bakıya göndərilib.

Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc dekabrın 24-də orada vəfat edib. Xəstəxanada polis əməkdaşlarına izahat verən qadın deyib ki, əri onu özünü öldürməyə vadar edib. İzahatında qeyd edib ki, əri ona elədiyi zülmlərə görə dəfələrlə qaynıgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalıb.

İstintaq uzun sürən araşdırmadan sonra Sevincin intihara cəhd etməsində əri Muğamatı təqsirli bilib.

Onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muğamat özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 15-də səhər saat 10 radələrində həyətdə olarkən Sevinc evə gəlib: "Sevincə yaxınlaşarkən telefonla danışdığını gördüm. Sevincin bacım Mehparə ilə danışdığını hiss etdim. Lakin onların nə danışdıqlarına fikir vermədim. Sadəcə Sevinc telefonla danışarkən ona yaxınlaşdlm və nəyə görə hirsli olduğunu soruşdum. Sevinc də əli ilə məni kənara itələdi. Həyətdə nar ağaclarının dibinə peyinləri yaymağa getdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqə sonra Sevinc tərəfə baxdıqda onun yandığını görüb: "Dərhal Sevincin yanına qaçdım. Həyəcanlı halda alovu söndürməyə çalışdım. Evin eyvanından asılmış xalçanı götürdüm və Sevinci xalça ilə bürüdüm. Lakin alov sönmədi, xalça da yanmağa başladı. Sevincin isə səsi gəlmədi.

Xalça ilə özüm qarışıq alovun üzərinə yıxıldım. Qıçlarımın arasından alov çıxmağa başladı. Əlimlə odu söndürməyə çalışanda əllərim yandı. Üstümdəki alovu əllərimlə söndürə bildim.

Sevincin üzərinə su tökərək onun da alovunu söndürdüm. Su tökdükdən sonra Sevinc öskürərək özünə gəldi. Ondan nə etdiyi və niyə özünü yandırdığını soruşdum. Sevinc onu götürməyimi istədi. Özümün də yandığımı və onu götürə bilməyəcəyimi söylədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sevinc ona qardaşı Qədirin nömrəsini deyib və zəng etməsini istəyib: "Qədirin nömrəsini yığdım, təcili bizə gəlməyini bildirdim. Əlim yanmış olsa da, Sevinci yerdən qaldırdım, yataq otağına apardım. Ona kömək etdim.

Sevinc əynini dəyişdi, yanmış paltarları çıxartdı. Evdə həmişə geyindiyi paltarlar geyindi. Təqribən 5 dəqiqə sonra Qədir gəldi. Mənə heç bir söz demədən Sevinci apardı. Sonra bacımın yoldaşı Sakitə zəng edərək çağırdım. Öz maşını ilə məni evlərinə apardı. Bacım Mehparənin tibbdən başı çıxdığı üçün Sabirabad rayonundan ağrıkəsici dərmanlar, iynə, maz aldırdım. Mənim əllərimə və qıçlarıma sarğı qoydurdum. Həmin gün Sevincin əvvəlcə Saatlı rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərində yerləşən 5 saylı Yanıq Mərkəzinə aparıldığını eşitdim".

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün Sevincin qardaşı Samit ona zəng edib və xəstəxana xərcləri üçün 2000 manat lazım olduğunu deyib: "Həmin pulu onun özünə göndərməyimi xahiş etdi. 1900 manat pulu Sevincin qardaşı Niyaməddinə Samitə verməsi üçün təqdim etdim.

Təqribən 5 gün sonra Samit mənə yenidən zəng etdi və Sevincin xəstəxana xərcləri üçün pul lazım olduğunu dedi. Məndən yenə 2000 manat istədi. Pulum olmadığını söylədim. Amma həyətimdəki iki baş yanıbalalı inəyi satacağımı, pulunu Sevincin müalicəsinə verəcəyimi bildirdim. Samit də mənimlə razılaşdı".

Muğamatın ifadəsinə görə, növbəti gün 2000 manatı hazır edib və Samitə zəng vurub: "Samit həmin pulu götürərək apardı. Təqribən 1 saat sonra baldızım Rəqsanəyə zəng etdim və Sevincə baş çəkmək üçün xəstəxanaya gələcəyimi dedim. Rəqsanə qardaşları Bahadurun məni görmək istəmədiyini söylədi, bu səbəbdən oraya getməməyimi tövsiyə etdi. Lakin mən getmək qərarına gəldim.

Həmin ərəfədə bir qədər sağaldığından Sevincə yemək bişirtdirdim, qardaşı Niyaməddinlə 5 nömrəli yanıq xəstəxanasına getdim. Xəstəxananın həyətində Sevincin qardaşı Hikmətin oğlu Mərhəməti gördüm. Ondan Sevincin vəziyyətini soruşdum. Mərhəmət Sevincin vəziyyətinin yaxşı olduğunu bildirdi. Mərhəmətə yemək gətirdiyimi dedim. O, ilk əvvəl heç bir söz demədi, sonra Bahadurun buna icazə vermədiyini söylədi. Xəstəxanaya daxil olmaq istəsəm də, məni oraya buraxmadıqlarından evə qayıtdım".

Muğamatın sözlərinə görə, 2020-ci ilin dekabrın 17-də Samit ona zəng edib və Sevincə dərman almaq üçün yenidən 2000 manat istəyib: "Həmin vaxt üstümdə pul olmadığından borc tapmaqlarını, nə qədər pul qoysalar, hamısının ödəyəcəyimi dedim. Samit mənə heç nə demədi. Dekabrın 24-də Sevinc aldığı yanıq xəsarətlərindən öldü".

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Axırbəyim Əhmədova deyib ki, qızı Sevinc uzun illər əri tərəfindən şiddətə məruz qalıb. Muğamat Sevinci ən müxtəlif bəhanələrlə döyüb, təhqir edib, çox vaxt onun üzərində xəsarət izləri olub: "Bu üzdən bir neçə il əvvəl Sabirabad rayon polis şöbəsinə Muğamatdan şikayət də olunmuşdu. O, bu cür hərəkətlərinə son qoyacağına söz verəndən sonra ərizə geri götürüldü, qızımla aralarında barışıq oldu.

Sevinc 1993-cü ildə ailə qurub. Onların birgə nikahdan bir oğlu və bir qızı olmaqla, iki övladları var. Qızları hələ 2015-ci ildə ailə həyatı qurub, onun özünün də övladı var. Oğul isə ali təhsilini başa vurandan sonra işləmək üçün xarici ölkəyə gedib. Bu səbəbdən son illərdə Sevinc və həyat yoldaşı tək yaşayırdılar. Bu müddətdə də o, dəfələrlə üzərində xəsarət izlərilə qardaşlarının, qonşuların evlərinə qaçmalı olub".

Axırbəyim Əhmədova bildirib ki, qızı Muğamatın zülmləri üzündən bir neçə il əvvəl zəhər içməli olub: "Sevincgilə gedəndə qızımın yataqda olduğunu, uşaqların isə ağladığını gördüm. Tez-tez qaytarırdı, ağzından sarı selik gəlirdi. Dedi ki, guya qonşu öz həyətinə siçanlara görə dərman səpib, bunun da toyuqları onu yeyib. Toyuğu kəsib yeyəndə özü də zəhərlənib. Məhlulla Sevincin mədəsini yuduq, müəyyən addımlardan sonra onun özünə gəldi. Qızımın zəhər içdiyini sonradan bildim".

Bu cinayət işinə Sabirabad rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muğamat Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində verilən Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ittihamdan xaric edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. O, Sabirabad rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Muğamatın barəsində Cinayət Məcəlləsinin 125 və 133.1-ci maddələri ilə ən ağır həddə cəza verilməsini istəyib.

Hüquqi varisin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, hökm Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilib və ona təyin olunmuş cəza artırılıb.

Təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən xitam verilib.

Cəzanın müdəti əvvəlki kimi qalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 957   Tarix: 20 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.