"Oqtayın üzərimdə haqqı var, bizi yetim qoyub getdi" - Nazilə - VİDEO
"Oqtay şou-biznesin yarıdan çoxunu media dünyasına, efirə gətirən insan olub. Mənəvi ata və ana olub. Çünki bu gün ki gün elə insanlar tanıdıq ki, baxıb görürsən ki, bu Oqtayın və "SOY" productionun məhsuludur".
Bu sözləri şairə Nazilə Səfərli Bizim.Media-nın əməkdaşı ilə söhbətində ötən axşam yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimində deyib.
Nazilə O.Əliyevin onun üzərində zəhməti olduğunu ilk dəfə etiraf edib:
"O qədər uzaqdan, rahatlıqla seyr edə bilirdi ki, bir insanı necə məhşur edə bilər, ona qol-qanad verə bilər. Yeri gəlmişkən, mən də onların sırasındayam. Oqtay zamanında mənə də çox dəstək olub. Amma bu haqda nə mən, nə də ki Oqtay heç zaman deməmişik. Oqtayın üzərimdə haqqı var. Allah rəhmət eləsin!"
Mərhumun ailəsinə başsağlığı verən N.Səfərli bu itkidən Dilarənin "dəli olmaq" həddinə çatdığını bildirib:
"Dilarənin halını heç təsəvvür belə etmək istəmirəm. Oqtayla vidalaşmaq üçün onun evinə gələndə tərəddüd etdim. Düşündüm ki, bəlkə getməyim, görməyim bu vida mərasimini. Onda elə qalar ki, Oqtay heş zaman dünyasını dəyişməyib. Gecə saatlarında morqda idim. Dilarənin üzünün ifadəsi və mimikası dəyişir, "gedir-gəlir". Dedim ki, indi bunun başına hava gələcək.
Dilarə o an elə bir şok vəziyyətində idi ki... O nə ağlayırdı, nə də ki danışırdı. Donub, qalmışdı. Çünki Oqtay sıradan, xeyirsiz bir qardaş deyil. Oqtay yetərincə həm ailəsi, həm ölkəmiz üçün bar verən qardaş idi. Allah onun ailəsinə və bizə səbr versin. Oqtay bizi yetim qoydu".
Qeyd edək ki, bir neçə saat əvvəl Oqtay Əliyev Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536