Xalqımıza qarşı törədilmiş kütləvi qətliamların ən qanlı mərhələsi

Xalqımıza qarşı törədilmiş kütləvi qətliamların ən qanlı mərhələsiAzərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra "Daşnaksütyun" partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. 1918-ci ilin əvvəllərində Leninin himayəsi altında Ş.Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular və martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirildilər. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürüldü.
1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. Bütün bu faktlar 70 il ərzində Sovetlər dönəmində bilərəkdən gözlədilərək xalqın yaddaşından silinməyə çalışılmışdı.
Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: "Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır".
​ XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü zamanı növbəti soyqırım hadisəsi törədildi. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi oldu.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin qurur və fərəh hissi ilə yaşayır. Nəhayət ki, ermənilərin işğal və soyqırım siyasətinə cavab olaraq 2020-ci ilin sentyabrında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Qələbə qazandı, işğalaltında olan torpaqlarımız azad edildi. Bu qələbə ilə bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisası alındı. Bu gün həmin torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və məcburu köçkünlərimiz öz doğma yurd-yuvalarına köçəcəkləri günü səbirsizliklə gözləyirlər. Görülən işlər isə bunun çox tezliklə olacağına əminlik yaradır.

Təranə Tağıyeva – BDU-nin professoru, tarix elmləri doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Pakistanın Səudiyyə Ərəbistanındakı səfirliyi öz vətəndaşlarına sərt xəbərdarlıq edərək onları yerli qanunlara əməl etməyə çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. Məlumatda dilənçiliyin və ya icazəsiz ianə toplamağın Səudiyyə Ərəbistanınd

11:23 193
.

Böyük Britaniya kraliçası etiraf edibki Kral Çarlesin xərçəng diaqnozunu gizlətmək çətin olub

İngiltərə kraliçası ilk dəfə olaraq Kralın xərçəng diaqnozunu gizli saxlamağın "çətin" emosional təcrübəsi barədə ictimaiyyət qarşısında danışıb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Kamilla ərinin diaqnozu rəsmi olaraq 2024-cü ilin fevral ayında elan edildikdən sonra "bunu açıqlama

09:47 170
.

Rusiyanın media məkanındakı anti-Azərbaycan ritorikası: Moskva nə istəyir?

Son günlər Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə ardıcıl təxribat, təhqir və təhdid xarakterli açıqlamalar müşahidə edilir. Məsələn, avqustun 7-də "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyini

12:12 200
.

El-Nino iqlim fenomeninə görə 50 milyona yaxın insan aclıqla üzləşə bilər

El Niño iqlim fenomeninin şiddətlənməsi dünyanın ən həssas ölkələrində ərzaq təhlükəsizliyini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. xarici mediaya istinadla bildirir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) görə, kəskin aclıqla üzləşən insanların sayı 2027-ci ilin sonuna qədər ən azı 49 milyon art

19:30 1
.

Tramp Kim Çen Inla görüşə hazırlaşır - Şimali Koreyanın nüvə proqramı gündəmdədir

The Telegraph yazır ki, ABŞ prezidenti Donald Tramp növbəti Asiya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüş keçirməyə çalışır. Vaşinqtonun əsas məqsədlərindən biri Pxenyanın nüvə proqramının dayandırılması ilə bağlı danışıqları yenidən başlatmaqdır. Məqaləyə görə, Trampın Asiyaya səfəri çərçivəsind

14:57 163
.

Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış

"Bir ildən çoxdur ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə məxsus 35 ədəd kompüter və 15 ədəd printer Xırdalanda özəl anbarda qalıb. Anbar sahibinə də heç bir ödəniş edilmir". "Qafqazinfo" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosia

15:23 164
.

Bakıda 52 yaşlı qadın evdən 10 minlik qızıl OĞURLADI

Bakının Yasamal rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlu

18:15 69
.

Akif Nəsirli İKT sektorundakı vəziyyəti tənqid etdi: "Natiq Cəfərlinin fikri ilə razıyam"

Azərbaycanda İKT sektorunun inkişafı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İqtisadçı Natiq Cəfərlinin ölkənin bu sahədə Qazaxıstandan geri qalması və real inkişafın hiss olunmaması barədə fikirləri sektorda mövcud vəziyyətə dair suallar yaradıb. Xüsusilə internet və telekommunikasiya bazarınd

12:08 194
.

Abituriyentlərə "100 faiz qəbul" vədi: Bu, nə dərəcədə realdır?

"Abituriyentlərin qarşısında duran ən mühüm mərhələlərdən biri də düzgün ixtisas seçimidir. Bu prosesin mürəkkəbliyi və yüksək rəqabət səbəbindən bəzi ailələr ixtisas seçimi üzrə peşəkar məsləhət xidmətlərindən yararlanmağa üstünlük verirlər. Lakin bu sahədə təqdim olunan xidmət və vədlərin də diqqətl

15:01 199
.