Paşinyan Putini həbs etdirmək istəyir - Rusiyaya arxadan vurulan zərbə - ŞƏRH
Beynəlxalq Cinayət Məhkəməsi bu qurumun qərarlarını tanıyan ölkələrdə Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərar qəbul etdikdən sonra müxtəlif dövlətlər bu məsələyə fərqli reaksiya verdilər. Ermənistanın Konstitusiya Məhkəməsi bunu daxili qanunvericiliyə uyğun hesab etdiyini açıqlayıb. Qeyd olunub ki, V.Putin Ermənistanda da həbs oluna bilər.
Məlum olduğu kimi, Ermənistan uzun illər Rusiyanın for-postu olub, bu dövlətin "çətiri altında" öz siyasətini, o cümlədən işğalçılıq ambisiyalarını həyata keçirib.
Rəsmi İrəvan zaman-zaman Moskvanın yardımlarından istifadə edib. Amma xüsusilə hazırkı baş nazir Nikol Paşinyan həm də hər fürsətdə Kremlə "badalaq vurub". Hökumət başçısının Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında ayrı-ayrı vaxtlarda səsləndirdiyi fikirlər, həmçinin Vətən müharibəsindəki məğlubiyyətə görə birbaşa və dolayısı yolla Kreml rəhbərini ittiham etməsi İrəvanın sürüşkən siyasətinin təzahürüdür.
Kreml rəsmiləri, o cümlədən də V.Putin Ermənistanın onların yaxın tərəfdaşı olduğunu bir neçə dəfə diqqətə çatdırıblar. Ermənistanın hazırkı ritorikası, o cümlədən Rusiya lideri barədə həbs qərarını dəstəkləməsi isə arxadan zərbə vurmaqdan başqa bir şey deyil.
Maraqlıdır ki, N.Paşinyanın bu cür "badalaqlarına" baxmayaraq, Rusiya hələ də Ermənistanı himayə edir. Bunun ən bariz nümunəsi kimi, Qarabağdakı rus hərbçilərinin erməni separatçıları dəstəkləməsini misal göstərə bilərik.
Bu, məntiqə sığırmı?
Ukraynadakı müharibə fonunda Rusiya getdikcə sivil dünyadan təcrid olunur. Dünya liderlərinin böyük əksəriyyəti Kreml rəhbəri ilə əlaqəsini kəsib. Belə bir vaxtda Ermənistan Konstitusiya Məhkəməsinin bəyanatı Rusiya üçün növbəti zərbə oldu.
Dar günə düşən Moskva artıq başa düşməlidir ki, İrəvandan dost olmaz.
Yaxşı bir misal var: "Erməni siyasətçisi sənə dost deyirsə, səni bıçaqlamaq istəyir. Əgər erməni siyasətçisi sənə qardaş deyirsə, o, artıq səni bıçaqlayıb".
Bu, Ermənistanın hazırkı hakimiyyətinə, o cümlədən N.Paşinyanın xislətinə tamamilə uyğundur.
Tamamilə başa düşüləndir ki, İrəvanın V.Putinlə bağlı bu addımı daha çox Qərbin xoşuna gəlmək üçündür. Bəlkə də, Ermənistan bunu bacarıb. Amma həm də onu deməliyik ki, N.Paşinyan oturduğu budağı kəsir.
Yəqin, bundan sonra Rusiyanın Ermənistanla bağlı siyasəti dəyişər. Əks halda rəsmi İrəvan Moskvaya arxadan daşlar atmağa davam edəcək. Daldan atılan daş isə topuğa dəyir.(report)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 718 Tarix: 25 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 225 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
06.11.2026 249 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
06.11.2026 221 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 234 Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
06.11.2026 194