Müdafiə Nazirliyinin məlumatı, XİN-in bəyanatı: Azərbaycan məqsədlərinə doğru irəliləyir - ŞƏRH
Azərbaycan Müdafiə Nazirliyi martın 25-də iki məlumat yaydı.
Məlumatlardan əsas çıxarışlar:
1. Azərbaycan Ordusu Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirib.
2. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Azərbaycan Ordusu tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Azərbaycan dəfələrlə Rusiya sülhməramlı kontingentinə, Ermənistana, Ermənistana havadar olan qüvvələrə xəbədarlıqlar edərək onları vəziyyəti gərginləşdirməməyə çağırıb.
Azərbaycan dünya ictimaiyyətinə, Ermənistana belə xəbərdarlıqları hələ Vətən müharibəsindən əvvəl də ünvanlayırdı, lakin nəticə hasil olmadıqda, 44 gün ərzində güc yolu ilə torpaqlarını işğaldan azad etdi.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan postmünaqişə dövründə də analoji strateji iradəsini sərgiləyir.
Müdafiə Nazirliyinin məlumatları və onu siyasi cəhətdən möhkəmləndirən Xarici İşlər Nazirliyinin bəyanatından çıxaracağımız nəticə budur ki, Azərbaycan Laçın yolunun son nöqtəsində sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması üçün əməliyyatlar keçirir. Bu əməliyyatlar diplomatik-siyasi və hərbi-siyasi əməliyyatlardır.
Azərbaycan beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyü, suverenlik məsələsini güc tətbiqi ilə təmin etmək qüdrətinə malikdir.
Azərbaycan əldə edə biləcəyi yeni nəticələrlə Brüssel və ya Moskva mərkəzli danışıqlara üstün mövqelərlə yollanmaq iradəsini ortaya qoyur. Son məqsəd Ermənistanı vaxt qazanmaqdan tamamilə məhrum etmək, ona dəstək olan qüvvələri yeni nəticələrlə hesablaşmağa vadar etməkdir.
Laçın yolunun son nöqtəsində nəzarət postlarının qurulması indiki halda Qarabağa silah-sursat daşınmasının qarşısını almaq üçün taktiki prioritetdir.
Bu taktiki prioritetin təmini sonrakı mərhələlərdə Azərbaycanın strateji məqsədlərinin bütününə doğru irəliləməkdə yardımçı olacaq.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1010 Tarix: 25 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 38° isti olacaq
Avqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-24 isti, gündüz 29-33 ist
13:28 187 "Yaşıl Cümə" yenidən "İrşad"da!
21-31 avqust tarixlərində 70%-dək "Yaşıl Cümə" endirimləri başladı. - "İrşad" alış-verişi daha sərfəli edən ənənəvi "Yaşıl Cümə" kampaniyasına yenidən start verir. - 21-31 avqust tarixlərində keçiriləcək kampaniya zamanı elektronika, məişət texnikası, mebel və digər kateqoriyalard
14:43 171 Tramp Kim Çen Inla görüşə hazırlaşır - Şimali Koreyanın nüvə proqramı gündəmdədir
The Telegraph yazır ki, ABŞ prezidenti Donald Tramp növbəti Asiya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüş keçirməyə çalışır. Vaşinqtonun əsas məqsədlərindən biri Pxenyanın nüvə proqramının dayandırılması ilə bağlı danışıqları yenidən başlatmaqdır. Məqaləyə görə, Trampın Asiyaya səfəri çərçivəsind
14:57 163 Dünyanın yarısının danışdığı beş dil
Dünyada milyardlarla insan müxtəlif dillərdə danışır, lakin bəzi dillər həm danışanların sayı, həm də qlobal təsir imkanlarına görə digərlərindən ciddi şəkildə fərqlənir. 2026-cı il üzrə təqdim edilən məlumatlara əsasən, ingilis, Çin, hindi, ispan və ərəb dilləri dünyanın ən geniş yayılan dilləri sırasınd
18:45 1 Ermənistan Ukraynaya yaxınlaşır: Rusiya necə reaksiya verəcək?
"Ermənistanın Ukrayna ilə münasibətləri son dövrdə nəzərəçarpacaq şəkildə intensivləşir. Ukrayna Prezidenti Volodimir Zelenskinin may ayında Ermənistana səfəri, ardınca yüksək səviyyəli təmasların artması və avqust ayında tərəflərin əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməsi göstərir ki
15:24 169 Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir?
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə
18.08.2026 307 Zaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib. -a istinadən xəbər verir ki, Zaqatala rayonu ərazisində baş verən qəzada ağır xəsarət alan sərnişin xəstəxanada ölüb. Xatırladaq ki, hadisə avqustun 14-də baş verib. Şəhər sakini, 17 yaşl
13:03 227 İsrail "İslam Cihad"ın komandirini məhv etdi
İsrail ordusunun Qəzzanın Xan Yunis bölgəsinə endirdiyi zərbələr nəticəsində "İslami Cihad" təşkilatının təchizat bölməsinin komandiri Tarik Ənvər Hamis Rəi öldürülüb. xəbər veirr ki, bu barədə İsrail ordusundan məlumat verilib. "Tarik Ənvər Hamis Rəi 7 oktyabr 2023-cü ildə İsrailə hücu
18.08.2026 267 Bu xəstəxananın baş həkimi vəzifədən azad edildi
"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəb
11:08 189