Sülhməramlıların Ordumuzun əməliyyatına reaksiyası...
Ukrayna bataqlığı içərisində olan Rusiya Azərbaycanla açıq qarşıdurmaya getməyəcək. Qarabağda zəruri və gərəkli bildiyimiz tədbirləri davam etdirməliyik.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ordumuzun ötən gün Laçın yoluna paralel olan və ermənilərin qanunsuz olaraq silah daşıdğı torpaq yollarını nəzarətə götürməsi haqda qeyd edib.
O bildirib ki, Laçın və ona paralel olan bütün yollar Azərbaycan ərazisindədir və yolları nəzarətə götürmək suveren hüququmuzdur:
"Rusiya Müdafiə Nazirliyinin bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəlilədiyi və istehkam işlərini həyata keçirildiyi təsdiq edilib. Bəyanatda bildirilib ki, Rusiya hərbi komandanlığı "böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür". Sonrakı cümlələr təhdid xarakter daşıyır: "Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə qaytarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb".
Qüvvələrimizi çıxarmayacağımız halda nə edəcəklər? İkinci Qarabağ müharibəsindən sonra öz ərazimizdə bir neçə əməliyyat həyata keçirib irəliləmişik. Həmin əməliyyatlarda qarşımızı kəsə bilmədilərsə, bu dəfə də bəyanatla kifayətlənəcəklər. Nə Azərbaycan Rusiya ilə, nə də Rusiya Azərbaycanla Qarabağda toqqşumaq istəyir. Bu, hər iki dövlətin maraqlarına cavab vermir".
Buna baxmayaraq, politoloq vurğulayıb ki, Kremlə bəzi həqiqətləri çatdırmaq vacibdir:
"1. Azərbaycan Ordusu Qarabağda zəruri addımlarını davam etdirəcək və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil;
2. Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradılacaq;
3. Rusiya hərbi kontingenti 2 ildən sonra bölgəni tərk etməyə hazırlaşmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1421 Tarix: 26 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 292 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli
06.11.2026 165 Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 148 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 180 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 261 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 159 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 163 Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
06.11.2026 284 Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 220