Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ - Məşhur şəxs VƏFAT ETDİ+FOTO
Respublikanın və Sumqayıtın neft-kimya sənayesinə ağır itki üz verib.
Referans.az xəbər verir iki, Prezident təqaüdçüsü, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, SSRİ-nin "Əlaçı kimyaçısı", "Əlaçı səmərələşdiricisi" və ixtiraçısı, keçmiş Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyinn Sulfanol istehsalatının rəisi və baş mühəndisin müavini vəzifələrində çalışmış, ömrünün 50 ilini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş görkəmli istehsalatçı-kimyaçı, Sumqayıtın sonuncu ən çox titullu-ordenli, şöhrətli əmək adamı, vətənpərvər ziyalı, gözəl insan Zülfi Kazım oğlu Sadıxov uzun sürən xəstəlikdən sonra martın 25-də ömrüün 81-ci ilində vəfat edib.
Müharibə dövründə – 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində dünyaya gəlmiş Zülfi Sadıxov orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirərək, Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyinin herbisid istehsalı sexində çilingər kimi əmək fəaliyyətinə başlayıb və istehsalatdan ayrılmadan Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsində mexanik ixtisası üzrə ali təhsil alıb.
İşə xüsusi can yandırması, əzmkarlığı, mühəndis bacarığı nəzərə alınaraq, çox keçmədən növbə rəisi, böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuş, 80-ci illərin əvvəllərində isə ona daha məsul bir vəzifə – birinci buraxılış sulfanol istehsalatına rəhbərlik etmək tapşırılmışdı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğu ondan bilinir ki, o zaman həmin istehsalatın tərkibində 4 sex və 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışırdı. Zülfi Sadıxov fəhlə və mühəndislərlə birgə gecə-gündüz, yorulmaq bilmədən işləyərək, istehsalatda daim rekord göstəricilər qazana bilmiş, məişətdə işlənən yuyucu tozlar üçün əsas xammal olan sulfanolun keyfiyyətinin standarta müvafiq səviyyəyə çatdırılmasına nail olmuşdu.
Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixtiraçılıq fəaliyyətinə görə (o, 300-ə qədər səmərələşdirmə təklifinin və 5 texniki ixtiranın müəllifidir) Z.Sadıxov "SSRİ ixtiraçısı" və "Azərbaycanın Əməkdar mühəndisi" fəxri adlarına layiq görülmüş, "İxtiraçılıq və səmərələşdirmə əlaçısı" döş nişanı ilə, həmçinin "Qırmızı Əmək bayrağı" ordeni ilə, çoxlu sayda fəxri-fərmanlarla təltif edilmiş, bir-neçə mühəndis həmkarı ilə birgə Respublika Dövlət mükafatına layiq görülmüşdü.
İstedadlı kimyaçı, qabaqcıl istehsalat rəhbəri, vətənpərvər ziyalı, gözəl insan olan Zülfi Sadıxovun unudulmaz xatirəsi iş yoldaşlarının, doğmalarının və dostlarının qəbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2834 Tarix: 26 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTimsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy
06.11.2026 259 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
06.11.2026 244 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
06.11.2026 382 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 220 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 122 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 263 Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
06.11.2026 383 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
06.11.2026 230 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
06.11.2026 293