Qurban Qurbanov: "Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun"

Qurban Qurbanov: "Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun""Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Qalatasaray" klubuna qarşı xeyriyyə oyunundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, o, matçı belə şərh edib:

"Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Təşkilatçılara təşəkkür edirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı futbol oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da çoxaldır və bizə böyük təcrübə verir. İşimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirik. Yardım məqsədi ilə keçirirdik. Azarkeşlərə belə dəyər verdiklərinə görə təşəkkür edirəm. "Qalatasaray"a uğurlar arzulayıram. Çox yaxşı performansı olan kollektivdir, çempionatda liderdirlər. Onlara uğurlar arzulayıram".

50 yaşlı mütəxəssis "Qalatasaray"ın Bakıya gec gəlib, tez qayıtmasına münasibət bildirib:

"İnciyəcək bir şey yoxdur. Xırda detallara görə narazılıq etmək bizə düşməz. Böyük klublardır. Onların hər saatı işləri üçün əhəmiyyətlidir. Bəzən biz özümüz də səfərlərdə tələsirik. Bu, ilk görüşdür. Belə bir oyun olması yadıma gəlmir. Həmişə çatışmazlıqlar olur. Əsas oyunun mahiyyətini düşünməliyik. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə bir fikir olmaması daha yaxşı olar. Onları gülə-gülə, təşəkkür edərək yola salırıq".

Baş məşqçi oyunun hakimi Əliyar Ağayevin penalti təyin etməsi və "Qarabağ"a bir belə bir borcunun qalması ilə bağlı sualı bu cür cavablandırıb:

"Nə kiməsə borclu qalmaq istəyirik, nə də kimdənsə borc almaq. Heç nəyə ehtiyacımız yoxdur. Var idi ki verdi. VAR sisteminin olduğu deyilirdi. Deməli, penalti var idi ki, baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün olmaz. Yoldaşlıq matçı olsa da, idarə etmək asan deyildi. İlk hissədə rəqibdən narazılıqlar oldu. Onları başa düşmək olar. Çox bahalı futbolçuları var, belə matçda zədələnmək istəməzlər. Biz də istəmərik. Hakim səhv etmək istəmirdi".

Q.Qurbanov "Qarabağ"ın heyətində "Qalatasaray"da oynaya biləcək futbolçuların dəqiq sayını söyləyə bilməyəcəyini qeyd edib:
"Dəqiq cavab verə bilməyəcəyəm. Mənim futbolçularım burada oynamağa daha layiqdirlər. Tam fərqli çempionatlar, kollektiv, oyun üslubudur. Amma hər bir futbolçumu orada görmək istəyərəm. Bəlkə də, tez uyğunlaşarlar. Burada onların ustalığını daha yaxından tanıdım. Onlara söz yoxdur. Hər epizodda, topla davranmalarında görünürdü. Burada "Qalatasaray"ın oyunçularına daha çox dəyər verdim".

Çalışdırıcı gələcəkdə belə matçların təkrarlanmasını istədiyini əlavə edib:

"Belə bir oyuna görə "Qalatasaray" rəhbərliyinə təşəkkür edirəm. Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun. "Qalatasaray", "Beşiktaş"ı görmək istəyərik. Bu oyun çox gözəl başlanğıc oldu. Belə oyunlar futbolu azarkeşlərə sevdirir, oyunçulara inam verir. Bu gün çempionatlar arasında fərq böyükdür. Amma belə oyunlar keçirdikdə hər kəsin futbola sevgisi daha da böyüyür. Belə oyunların daha çox olmasını istəyərik. Qardaşlarımızla belə oyunlar keçirməkdən şad olarıq. Türkiyə xalqına, futboluna uğurlar arzulayıram. Biz həmişə bir-birimizin yanındayıq".

Baş məşqçinin sözlərinə görə, milli komandadakı futbolçular heyətdə olsaydı, daha baxımlı futbol göstərərdilər:

"Nəticəni deyə bilmərəm, amma daha baxımlı futbol ola bilərdi. Oyunun sonuna qədər yuxarı tempdə davam edə bilmədik. "Qalatasaray"da da çatışmazlıqlar var idi. Heyət fərqli olsaydı, daha baxımlı futbol izləyərdik".


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 2103   Tarix: 26 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.