Oruc tutanlar üçün VACİB MƏLUMAT - İmsakda və iftarda bunlara əməl edin

Oruc tutanlar üçün VACİB MƏLUMAT - İmsakda və iftarda bunlara əməl edinMüqəddsə Ramazan ayında bir çox insanlar oruc tutur və digər ibadətlərini yerinə yetirirlər.

BAKU.WS xəbər verir ki, oruc tutan şəxslər qidalanma qaydalarına xüsusi diqqət etməlidir.

Qida rasionu elə tənzimlənməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq ciddi problemə çevrilməsin. İmsak edən zaman tərkibində maye olan yeməklərə üstünlük verilməlidir.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova hesab edir ki, imsakda düzgün qidalanaraq gün ərzində həm su, həm də enerji balansını qorumaq lazımdır: "İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, həmçinin qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan çox istifadə edilməlidir. İmsakda yulaf, süd məhsulları və yumurtadan hazırlanan qidalardan istifadə edilməsi toxluq hissinin uzadılmasına səbəb olur".

Oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılması və bədənin enerji dəyərinin yüksək saxlanılmasına çalışmaq lazımdır. İftarda isə daha çox yüngül qidalara üstünlük verilməlidir. Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitaminli, mineralların bol olduğu qidalar isə artırılmalıdır.
Həkim-diyetoloq Sevinc Həsənzadə iftarda qidalanma qaydaları barədə deyib: "İftarda yeməklər iki hissəyə bölünür. İlk növbədə sulu yeməyə üstünlük verilməlidir. Əsas yeməyə keçərkən salatlardan çox istifadə edilməlidir, çünki göyərtilərin tərkibində liflər var. Liflər əti ən tez həzm edən və parçalayan məhsul sayılır. Suyu isə əsas yeməkdən sonra, gün ərzində hər 1 saatdan bir içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun".

İftarda mədəni çox yükləmək olmaz, eyni zamanda iftardan sonra mütləq şəkildə ən azı 1 saat hərəkətdə olmaq, yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır ki, bu da həzm prosesinin sürətlənməsi, yorğunluq hissinin aradan qaldırılması, xüsusilə də yuxu rejiminin normallaşması üçün vacibdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1578   Tarix: 27 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsgəndəriyyədə nadir Roma villası və ictimai hamam aşkarlandı

Arxeoloqlar Misirin İsgəndəriyyə şəhərində nadir ictimai hamam və mozaika döşəməli Roma villasının qalıqlarını aşkar ediblər. Qaynarinfo-nun Arkeonews-a istinadən məlumatına görə, tapıntılar qədim şəhərin zamanla necə inkişaf etdiyini və məskunlaşmanı aydın şəkildə göstərir. Qalıqlar şəhərin cənub-şər

07.05.2026 287
.

Ata-oğul da təltif edildi

Dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Prezidentinin mükafatını alan şəxslərin arasında bir sıra məşhur adlar var. "Qafqazinfo" xəbər verir ki, mükafatlandırılanlar arasında Əməkdar artist Çingiz Əhmədov və oğlu, aktyor İbrahim Əhmədov da var. Belə ki, onlar səhnə fəaliyyət

07.05.2026 451
.

2 günə kimi 40, kimi 30 min itirdi - Siyahı

Xəbər verdiyimiz kimi, son günlər instaqramda bir çox profilin izləyici sayında azalma müşahidə olunur. Axşam.az-ın məlumatına görə, bu hal təkcə xəbər səhifələrində deyil, dünya ulduzları və yerli məşhurlar arasında da yaşanıb. Bir çox tanınmış şəxs bununla bağlı paylaşım edərək, silinən izləyicilərini

12:49 0
.

Bu vulkanın partlayışı kosmosun kənarına qədər təsir edib - Alimləri heyrətləndirən nəticə

2022-ci ildə Hunqa-Tonqa-Hunqa Ha’apai vulkanının püskürməsi gözlənilən istiləşmə əvəzinə stratosferdə anormal soyuma yaradıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır. Bu hadisənin əsas səbəbi 146 teraqram su buxarının partlayış nəticəsində birbaşa atmosferin yuxarı qatların

07.05.2026 277
.

Kuba ilə bağlı diqqətçəkən açıqlama: Trampın mövqeyi açıqlandı

Braziliya Prezidenti Luiz Inácio Lula da Silva ABŞ Prezidenti Donald Trumpın Kubaya hücum əmri vermək niyyətində olmadığını bildirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə məlumat The Hill qəzetində dərc olunub. "Əgər tərcümə düzgündürsə, onun Kubaya hücum etmək niyyətində olmadığını dediyin

10:53 128
.

Rusiya 10 maya qədər hərbi əməliyyatları dayandıracaq

Rusiya Sovet xalqının Böyük Vətən Müharibəsində qazandığı qələbənin 81-ci ildönümü münasibətilə Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında müvəqqəti atəşkəs elan edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, atəşkəs rejimi 8 may saat 00:00-dan başlayaraq 10 may tarixinədə

10:46 137
.

"Hayal Kahvesi"nin müştərilərinin xəyalı suya düşdü... - Fotolar

"Hayal Kahvesi" ictimai iaşə obyektində istehlaka yararsız qida məhsulları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisind

07.05.2026 344
.

Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar

ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avropa Ortamüddətli Hava Proqnozları Mərkəzi (ECMWF) tərəfindən yayımlanan yeni iqlim proqnozları dünyada güclü "Super El Nino" hadisəsinin baş vermə ehtimalının artdığını göstərib. xəbər verir ki, bu proses qlobal temperaturun kəski

07.05.2026 304
.

Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu

Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü

07.05.2026 299
.

TOP MP3