Dövlət orqanlarında 69 vəzifə üzrə vakant yerlərə müsahibə elanı verilib
Martın 27-dən 10 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 29-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 40-ı B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Ali Attestasiya Komissiyasında aparat rəhbərinin müavini vəzifəsidir.
Ümumilikdə isə Qida Təhlükəsizliyi Agentliyində 35, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 16, Dövlət Turizm Agentliyində 6, Milli Arxiv İdarəsində 3, Maliyyə Nazirliyində 2, Səhiyyə Nazirliyində 2, Ali Attestasiya Komissiyasında 2, Audiovizual Şurada 1, Bakı Apellyasiya Məhkəməsində 1 və Sumqayıt Apellyasiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 27 mart 2023-cü il tarixindən 10 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında "Dövlət qulluğu üzrə müraciət Forması"nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 909 Tarix: 27 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Ukrayna təcrübəsindən sonra PUA strategiyasını yenidən nəzərdən keçirir
ABŞ Ukraynadakı münaqişə təcrübəsi fonunda pilotsuz uçuş aparatlarının (PUA) döyüşdə istifadə modelini yenidən nəzərdən keçirmək məcburiyyətində qalır. xəbər verir ki, bu qiymətləndirməni Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Dünya Hərbi İqtisadiyyatı və Strategiyası İnstitutunu
11:34 164 Trampın reytinqi ən aşağı səviyyədədir
"Reuters/Ipsos" sorğusuna görə, Donald Trampın reytinqi prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb. "Yeni Sabah" xəbər verir ki, amerikalıların böyük əksəriyyəti ABŞ-İran müharibəsinin uzun müddət davam edəcəyindən narahatdır. Sorğuda respondentlərin yalnız 33%-i Trampın Ağ Evdək
18.08.2026 237 "ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV
"Rusiya-Qərb qarşıdurmasında yeni təhlükə xətti. ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur. Son günlər Rusiya-Britaniya xəttində ritorikanın sərtləşməsi də təsadüfi deyil. Moskva Britaniyanın Ukraynaya verdiyi dəstəyi artı
12:32 181 "Zəhmətimiz boşa gedir"
Müğənni Elariz Məmmədoğlu sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı təhsil almadan mahnı oxumağa çalışanları qınayıb. "Təhsil nə üçün idi? Kimin üçün çalışırıq? Heyif ki, bir çox mahnıları çox az adam qavrayır. Zəhmətimiz boşa gedir". Qeyd edək ki, Elariz uzun illərdi
10:47 274 Si Cinpin ABŞ-yə gedir - Tramp təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp Si Cinpinin Ağ Evə qarşıdan gələn səfərini təsdiqləyib. xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib. ABŞ lideri sentyabrın 24-də Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşməyi gözlədiyini qeyd edib. Tramp həmçinin bildirib ki, sentyabr ayınd
18.08.2026 281 "Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim"
Məşhur türk müğənni Murat Boz etirafı ilə diqqət çəkib. OLAY yazır ki, sənətçi qonaq olduğu proqramda ulduz olma yolundan danışıb. İllərlə Tarkanın vokalistliyini edən müğənni fərdi fəaliyyətə meqastarın Azərbaycan konsertindən sonra qərar verdiyini açıqlayıb
11:45 233 Prezident İlham Əliyev G20 Zirvəsində: Azərbaycanın Qlobal Gündəliyə Artan Təsiri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun mühüm göstəricilərindən biri kimi qiymətləndiril
10:25 152 "iPhone 18 Pro Max"ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
Gələn ay təqdimatı planlaşdırılan "iPhone 18 Pro Max"ın daha yaxşı kamera sisteminə malik olacağı bildirilir. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "dəyişkən diafraqma" sistemi yalnız "Pro max" üçün nəzərdə tutulacaq. Belə ki, "18 Pro Max"ı
12:04 200 Akif Nəsirli İKT sektorundakı vəziyyəti tənqid etdi: "Natiq Cəfərlinin fikri ilə razıyam"
Azərbaycanda İKT sektorunun inkişafı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İqtisadçı Natiq Cəfərlinin ölkənin bu sahədə Qazaxıstandan geri qalması və real inkişafın hiss olunmaması barədə fikirləri sektorda mövcud vəziyyətə dair suallar yaradıb. Xüsusilə internet və telekommunikasiya bazarınd
12:08 173