İftar süfrəsinə hazırlaya bilərsiniz
Axşam.az iftar süfrəsi üçün maraqlı menyular təqdim edir:
Qazan kababı
Ərzaqlar:
400 qram orta yağlı mal əti
Bir ədəd soğan
2 ədəd pomidor
2 ədəd yaşıl bibər
2 diş sarımsaq
Bir çay qaşığı tomat pastası
Bir çay qaşığı bibər pastası
Bir çay qaşığı duz, istiot
1/2 çay qaşığı çili bibəri tozu
4 ədəd badımcan
3 ədəd pomidor
Üzəri üçün:
2 stəkan su
Bir xörək qaşığı tomat pastası, bir xörək qaşığı bibər pastası
2 xörək qaşığı duru yağ, bir ovuc doğranmış cəfəri, duz və istiot
Hazırlanması:
Bir qabda qiymə, doğranmış soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər və tomat pastası, duz, istiotu töküb qarışdırın. Digər badımcan və pomidoru iki hissəyə yarıya qədər bölün. Qiyməni köftə şəklində düzəldib tərəvəzlərin arasına yığın. Qazana düzün. Başqa bir qabda digər pastaları, suyu və duru yağı qarışdırıb, üzərinə tökün. Vam odda bişirin. Süfrəyə verərəkən üzərinə cəfəri tökün.
Mərcili göbələk şorbası
Ərzaqlar:
2 xörək qaşığı kərə yağı
500 qram göbələk
1/2 ədəd soğan
2 diş sarımsaq
1/2 stəkan mərci
1 litr tərəvəz suyu
1/2 çay qaşığı qarabibər
1 çay qaşığı duz
Tərəvəz suyu üçün:
2 ədəd kök
1 ədəd soğan
4 diş sarımsaq
4 ədəd gül kələmi
2-3 yarpaq cəfəri, şüyüd, keşniş
4 ədəd göbələk
1 ədəd acı quru bibər
1 ədəd dəfnə yarpağı, qara istiot
1,5 litr su
Üzəri üçün:
4 xörək qaşığı zeytun yağı
4 ədəd göbələk
1 diş sarımsaq
1 çimdik duz, istiot
Hazırlanması:
Tərəvəzləri qabığı ilə birlikdə yuyun, ədviyatlarla birlikdə suyu töküb qaynadın. Qaynamağa başlayanda vam odda 1 saat bişməsini gözləyin. Daha sonra suyu süzüb saxlayın. 4 ədəd göbələyi iri dilimlərə bölün. Qalan göbələkləri püre halına gələnə qədər blenderdə əzin. Soğan və sarımsağı balaca doğrayıb yağda qızardın. Üzərinə göbələyi əlavə edib, qovurun. Daha sonra yuduğunuz mərcini tökün. Bir az qarışdırdıqdan sonra tərəvəz suyunu tökün. Mərci bişəndə şorbanı sobadan götürün. Kənarda zeytun yağını, sarımsaq, duz və istiotu qovurun. Şorbanı süfrəyə verərəkən üstünə əlavə edin.
Yoqurtlu keks
Ərzaqlar:
200 qram un
2 yumurta sarısı
100 qram şəkər tozu
35 qram limon şirəsi
50 qram ərik qurusu
10 qram jelatin
420 qram yoqurt
50 qram ərik mürəbbəsi
Hazırlanması:
Bir qab götürüb unu, yumurta sarısını, kərə yağı, şəkər və limon şirəsini qarışdırın. Çox da bərk olmayan xəmir əldə edəcəksiniz. Ərik qurusunu xırda doğrayın və xəmirə qatın. Sobaya qoyacağınız tavaya tökün. Əvvəlcədən isidilmiş sobada 20 dəqiqə bişirin. Hazır olduqda soyumaq üçün kənara qoyun. Jelatini 100 qram suya əlavə edib, şişməyini gösləyin. Sonra odda əriyənəcən isidin. Soyuduqdan sonra yoqurtu bişmiş jelatin və mürəbbə ilə qarışdırın, bişmiş xəmirin üstünə tökün. 1 neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verin.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1215 Tarix: 27 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:37 266 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
17:15 214 "Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"
"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira
21:45 137 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
22:00 126 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 256 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
15:11 239 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 284 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
18:30 208 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
14:15 228