Deputatdan gənclərə irad: TikTokda atılıb-düşürlər

Deputatdan gənclərə irad: TikTokda atılıb-düşürlərSon illər ölkəmizdə gənclərin bayağı musiqilərə meylinin artdığı açıq hiss olunur. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır. Gənclərin bir qismi bayağı musiqilərə, bir qismi xarici musiqilərə, çox az qismi də xalq musiqilərinə qulaq asırlar. Əslində bu çox ciddi tendensiyadır. Haqqında zamanla tez-tez danışdığımız qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın, bayağılaşmanın başqa bir təzahür formasıdır.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov sosial şəbəkə hesabında paylaşıb.

"Avtomobildə gedərkən bayağı musiqinin sədaları altında hərəkət edən, sosial şəbəkələrdə, xüsusilə TikTokda bayağı musiqinin sədaları altında atılıb-düşən gəncləri yəqin ki, çoxlarımız müşahidə etmişik. Təəssüf ki, bir sıra hallarda televiziya və radiolarımız da bayağı musiqilərə geniş yer verirlər. Bəs gənclərin bayağı musiqilərə bu qədər meyl göstərməsinin günahkarı kimdir? Hesab edirəm bu məsələdə ailələrimizin, məktəblərimizin, ali təhsil müəssisələrimizin, televiziya və radiolarımızın üzərinə çox böyük məsuliyyət düşür. Çünki bu həm də milli məsələdir. Ailələrimiz övladlarının milli ruhda tərbiyəsi üçün ciddi cəhdlə çalışmalıdırlar. Onlara ilk yaşlarından xalq musiqilərini, saz havalarını, muğamımızı dinlətdirməli, zövqlərinin korlanmasına imkan verməməlidirlər",- deputat fikirlərini əsaslandırıb.

Deputatdan gənclərə irad: TikTokda atılıb-düşürlərC.Məmmədov qeyd edib ki, məktəb və ali təhsil müəssisələri işlərini təhsil verməklə bitmiş hesab etməli deyil:

"Məktəb və ali təhsil müəssisələrimiz nə üçün məsuliyyət daşıyırlar? Ona görə ki, bu gün müxtəlif səbəblərdən bəzi ailələr öz övladlarına düzgün tərbiyə verə bilmirlər. Çünki bır sıra hallarda valideynlərin özlərinin tərbiyəsi, dünyagörüşü, intellektual səviyyəsi nəyin səhv və ya düz olduğunu onlara tam dərk eləməyə imkan vermir. Belə olduğu halda isə əsas güc və yük məktəb və ali təhsil müəssisələrinin üzərinə düşür. Onlar işlərini yalnız təhsil verməklə bitmiş hesab etməli deyillər. Hərçənd ki, onların bir qismi əslində heç normal təhsil də vermirlər. Başları başqa "mühüm" işlərə qarışıb. Ona görə məktəb direktorlarının və ali təhsil müəssisələrinə rektor təyinatlarının ciddi həssaslıqla həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə müəssisələrə mütləq savadlı, intellektual səviyyəsi yüksək, milli, milli-mənəvi dəyərlərə bağlı, zəngin dünyagörüşünə malik şəxslər rəhbər təyin edilməlidir. Təəssüf ki, bunu bu gün biz bütün məktəb və ali təhsil müəssisələrimiz haqqında söyləyə bilmirik. Əslində bu çox ciddi məsələdir.Gənclərin belə bayağı musiqilərə meyl göstərməsində yuxarıda qeyd etdiyim kimi, bəzi televiziya və radiolarımız da ciddi məsuliyyət daşıyırlar. Onlar öz efirlərinə belə bayağı musiqiləri söyləyən müğənniləri dəvət etməməli, belə musiqilərə yer verməməlidirlər. Heç şübhəsiz ki, dövlətləri, xalqları güclü edən onun dəyərləridir. Bu həm də milli təhlükəsizlik məsələsidir. Gələcək dəyərlərinə sahib çıxan, onu qoruyan, sıradan çıxarılmasına imkan verilməyən dövlətlərindir. Gəlin dəyərlərimizə sahib çıxaq, onları göz-bəbəyimiz kimi qoruyaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1020   Tarix: 28 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

22:30 80
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 240
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 239
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 262
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 276
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 234
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 284
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 253
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 248
.