Zaur Oqtay Əliyevin ölümündən DANIŞDI: "Arzulamazdıq ki, bu görüntülər bu formada yayılsın"

Zaur Oqtay Əliyevin ölümündən DANIŞDI: "Arzulamazdıq ki, bu görüntülər bu formada yayılsın""Bayramda elə bildiniz ki, istirahət elədiik, amma bayram həftəsi bizim üçün həm bir bayram həftəsi kimi oldu, həm də bizim üçün çox dəyərli insanlardan biri olan Oqtay Əliyevi faciəvi şəkildə itirdik. Allah rəhmət eləsin. Doğrudan da mədəniyyət, incəsənətdə öz sözünü deyən biri idi".

BiG.AZ xəbər verir ki, bunu aparıcı Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" proqramında avtoqəzada dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, rejissor Oqtay Əliyev barədə danışarkən deyib.

"Mən hüzür yerində Dilarəyə (red. Əməkdar artist, akrisa Dilarə Əliyeva) də, ümumiyyətlə ora gələnlərə də söylədim ki, Oqtay müəllim məclisə gələn insanların hamısının həyatında xüsusi bir yeri və rolu vardı. Oqtay müəllim ünsiyyətdə olan insanlarla bir uşaq kimi davranırdı, baxmayaraq ki, artıq 56 yaşı var idi. Hətta söhbət məşhurdan getmir. Məşhur olmayan bir insan telefonu qaldırıb Oqtay müəllimə zəng vururdu ki, mənim bir layihəm var, ona da vaxt ayıracaqdı. Çox qəribə idi ki, onun hamıya vaxtı var idi. Allah rəhmət eləsin. Bir daha Dilarəyə, qızlarına, atasına, anasına, qardaşına Allahdan səbr diləyirəm. Həqiqətən də bizim üçün gözlənilməz oldu.

Hamı bilir ki, dünyadan köçəcək. Hamımız bilirik ki, ölüm haqdır, bir gün kiminsə qapısını döyəcək, amma harada, necə, nə cür döyəcək, bunu bilmirik. Məsələn, Tünzalədə (red. Əməkdar artist Tünzalə Əliyeva) biz haradasa qəbul etməyə çalışırdıq, mübarizə aparırdıq, amma bilirdik ki, bu insan xəstədir, hər şey ola bilər. Amma məhz Oqtay müəllimdə o qədər qəfil və faciəvi bir ölüm oldu, yəni gözlənilməz məqam idi. Ona görə də şok içərisindəydiq. Hətta məclisə girəndə belə mən başa düşə bilmirdim ki, nə etmək lazımdır. Başa düşmürsən axı sənin üçün qəfil gələn bir ölümü dərk edə bilmirsən ki, bu məqamda insan nə etməlidir, necə hərəkət, necə rəftar etməlidir. Baxırsan, həmişə deyən-gülən insanlar hamısının gözündə yaş, belə pərişan bir halda. Yəni doğrudan da inanmaq olmurdu bu cür ölümə.

Bir də ağrıdıcı məqamlardan biri o idi ki, o görüntülərin sosial mediada yayıldı. Məsələn, mən bilirəm ki, bu xaricdə, başqa bir ölkədə baş vermiş olsaydı, bəlkə də o, mozaika ilə üstü bağlanardı. Çünki bu günün sabahı var. Sabah ailə üzvlərinin bir balaca beyni sakitləşəndən sonra o görüntülərə bir daha ekranda elə "Oqtay Əliyev" yazan kimi birinci o görüntülər gələcək ekrana. Yəni arzulamazdıq ki, bu görüntülər bu formada yayılsın. Çünki fərqi yoxdur məşhurdur, qeyri-məşhurdur, kim olur olsun. Amma istənilən vəziyyətdə Oqtay müəllimin böyük bir yaradıcılğı oldu, Azərbaycanda bu gün səhnədə tanınan, məşhurlaşan, ulduzlaşan, hətta dünya səhnələrini fəth edən bizim Avroviziya müsabiqəsinə gedən iştirakçıların böyük əksəriyyəti məhz "Yeni ulduz" yarışmasının iştirakçıları olmuşdu. Onlardan ən uğurluları seçilib böyük səhnələrdə iştirak etmişdi, hansı ki bu da məhz Oqtay müəllimin bügünə qədəq yaratdığı layihələrdə parlayan simalar oldu".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1764   Tarix: 28 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.