Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident Emoməli Rəhmon deyib:
"Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram.
Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm".
Prezident İlham Əliyev deyib: "Sağ olun, Emoməli Şərifoviç. Əvvələn, dəvətə görə təşəkkür edirəm. Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam.
Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik.
Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm".
Prezident Emoməli Rəhmon: "Çox sağ olun".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 630 Tarix: 05 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
14:34 47 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
12:12 164 Bayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 194 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 151 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 319 Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir
"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri
11:54 182 Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
14:28 55 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 189 Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir
Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə
11:08 188