İftar süfrənizə hazırlaya bilərsiniz
Axşam.az iftar süfrəsi üçün reseptlər təqdim edir:
Küftəli şorba
Ərzaq:
1 yemək qaşığı quru nanə
duz, istiot
1 yemək qaşığı un
1 stəkan bişmiş noxud
2 ədəd pomidor və kartof
3 diş sarımsaq
50 qr. kərə yağ
4 yemək qaşığı şəhriyə
Küftə üçün:
1 dilim çörək içi
250 qr. qiymə, duz və istiot
Hazırlanması:
Əvvəlcə ət və islanmış çörəyin üstünə duz, istiot töküb qarışdırın və küftələri hazırlayın. Bir qabı unlayın və hazırladığınız küftələri də unlayaraq ora yığın. Ocağa qoyduğunuz qazana yağı və unu, əzilmiş sarımsağı tökün. Sarımsaq azca bişəndən sonra küp-küp doğranmış pomidorları əlavə edin. Bir az bişirdikdən sonra su tökün. Əvvəlcədən bişirib hazırladığınız noxudu suya əlavə edib bişirin. Noxudlar bişdikdən sonra unlanmış hazır küftələri və şəhriyəni də qazana tökün. Bir az qaynayandan sonra kartofu əlavə edin. Küftələr bişincə ləzzətləndirmək üçün nanə, duz və istiotu əlavə edin.
Nar qovurması
Ərzaqlar:
Sümüksüz ət - 1 kiloqram
Yağ – 7 xörək qaşığı
Soğan - 1 ədəd
Şabalıd - 4 stəkan
Duz və istiot zövqə görə
Bir çimdik zəfəran tozu
Ət suyu - 2 stəkan
Nar dənəsi - 2 stəkan
Hazırlanması:
Əti bir qazanda yumşalana qədər qaynadın. Yağı əridib soğanı qovurun. Əti soğana əlavə edib, 20 dəqiqə qızardın. Üzərinə təmizlənmiş şabalıdı, suda dəmlənmiş zəfəranı, duz və istiotu töküb, 2 stəkan ət suyunu tpküb bişirin. Bişənə yaxın nar dənələrini töküb, 10 dəqiqə saxladıqdan sonra yemək hazırdır. Süfrəyə kartof qızartması və ya düyü ilə verə bilərsiniz.
Süd şərbətli keks
Ərzaq:
3 ədəd yumurta
3 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı süd
3 xörək qaşığı duru yağ
3 xörək qaşığı un
3 xörək qaşığı mannı yarması
1 xörək qaşığı xaşxaş toxumu
1 paket qabartma tozu, vanilin
Şərbət üçün:
1,5 stəkan süd
1 stəkan şəkər tozu
Üzərinə səpmək üçün hind qozu rəndəsi
Hazırlanması:
İlk olaraq süd və şəkər tozunu qarışdırıb şərbəti hazırlayın. Sonra yumurta və şəkər tozunu mikserlə qarışdırın. Beze halına gəldikdən sonra isə süd və duru yağı tökün, bu dəfə qaşıqla qarışdırın. Ardından un, mannı yarması, xaşxaş toxumunu, vanilin və qabartma tozunu töküb qarışdırın. Yağlanmış qaba töküb, 180 dərəcə isidilmiş sobada, 25-30 dəqiqə bişirin. Bişəbdən sonra 5 dəqiqə otaq temperaturunda gözlədin və üzərinə südlü şərbəti tökün. Sonra 4045 dəqiqə saxlayıb, üstünə hind qozu rəndəsi səpin.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 947 Tarix: 05 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir
Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə
11:08 188 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 199 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 318 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 404 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 142 Bayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 194 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 161 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 161 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 512