Azərbaycanda bəy gəlini bilərək QİÇS-ə yoluxdurdu, həbsdədir…

Azərbaycanda bəy gəlini bilərək QİÇS-ə yoluxdurdu, həbsdədir…Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə Lent.az-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Səbinə xanım, hazırda ölkə üzrə qeydiyyatda olan QİÇS-ə yoluxmuş nə qədər şəxs var?

- İlk dəfə 1987-ci ildə Azərbaycanda QİÇS xəstəliyinə yoluxmuş şəxslər qeydiyyata alınıb. 1 noyabr 2022-ci il tarixində 8500 nəfər qeydiyyatdadır.

Bizim mərkəzdə qeydiyyatda olan xarici vətəndaşlar da var. Qeydiyyatda olan hər bir şəxsə tibbi xidmət verilir. Bütün müalicələr dövlət tərəfindən edilir. Onların aşkar olunma vaxtı xəstəliyin kliniki mərhələsindən asılı olaraq müalicə sxemi tətbiq olunur. Və buna "antivirus" əleyhinə müalicə deyilir. Xəstə ömrünün sonuna qədər bu müalicəni qəbul edir.

- Bəs, bu şəxslər arasında qadınlar yoxsa kişilər üstünlük təşkil edir?

- 8 min 500 nəfərin 30% - i qadın, 70% - i isə kişidir. Haradasa, 37%-i narkotik istifadəçiləridir ki, eyni iynədən istifadə edərək yoluxublar. Bunun qarşısını almaq üçün ölkədə "Zərərin azaldılması" proqramı keçirilir. Bu tədbir bütün dünyada icra olunur. Məqsəd isə narkotik istifadəçiləri digər insanları virusa yoluxdurmaması üçün onlara təzə iynə verilir ki, onlar da köhnəni gətirib qaytarırlar.

- Bir az da QİÇS-in əlamətlərindən danışaq. İlkin əlamətləri nələrdir? Yoluxmuş şəxs bunu necə bilə bilər?

- Birincisi hər kəs İİV-in yoluxma yollarını bilməlidir. Bunun 3 yolu var: Anadan uşağa yoluxma, qan vasitəsilə və üçüncüsü isə cinsi yolla. Gəlin bu 3 yolu təhlil edək.

Cinsi yolla – Qorunmamış cinsi əlaqə zamanı İİV-ə yoluxma ola bilər. Bu o deməkdir ki, əgər qorunma biliklərinə malikdirsə, yoluxmayacaq.

Qan vasitəsilə - bəzi insanlar qan verəndə yoluxmaqdan qorxur. Amma artıq bizim ölkədə bu yoluxma üsulunun qarşısı alınıb. Səhiyyə nazirinin əmri ilə bir insanı yoxlamamış qan donoru olmasına icazə verilmir. Hər bir qan tədarük olunur və bu zaman 4 infeksiyaya qarşı yoxlama aparılır. Bunlardan biri də İİV-ə qarşı müayinədir.

Bununla yanaşı, qan vasitəsilə yoluxmanın digər bir yolu var. Hər hansı bir kəsici, deşici alətin üzərində qan damlası varsa, bu yoluxmaya qadirdir. Deyə bilərəm ki, bu hal bizdə qeydiyyatda olan insanların 34-35% narkotik istifadəçilərində müəyyən olunurdu. Yəni İİV virusu olan narkotik istifadəçisinin iynəsindən başqa bir şəxs istifadə edərsə, artıq o da yoluxur. Əvvəllər bu 64-65% idi.

Elə insanlar var ki, narkotik istifadəçiləri deyil. Amma onların da yoluxma ehtimalı var. Bu da gözəllik salonlarından asılıdır. Xanımlar gedib manikür, pedikür etdirir. Bu halda kəsici və deşici alətlərin hamısı sterilizə olunmalıdır.

- İlkin əlamətləri dedik. Bu xəstəliyi test vermədən necə müəyyən etmək olar?

- QİÇS xəstəliyinə yoluxmağı yalnız test verməklə aşkarlaya bilərlər. Başqa heç bir yolla bu mümkün deyil. Adi insanlardan fərqli olaraq bəzi risk qrupları var ki, onlar davamlı olaraq müayinədən keçirlər.

Onlar seks işçiləri, narkotik istifadəçiləridir ki, daimi yoxlanılır. Amma bu hal yalnız risk qrupuna aid deyil. Bizdə qeydiyyatda olan insan var ki, ailə savadlı şəxsdir. Amma yanlış davranış ucbatından İİV-ə yoluxub və müalicə alır.

İnsan İİV-ə yoluxmuş olsa da heç bir simptomu olmadan həyatına davam edə bilər. İVV-in ilkin əlamətləri soyuqdəymə ilə eynidir. Ürəkbulanma, qızdırma, qarın getmə. Müalicə aldıqdan sonra sağalır. Təsadüfi şəkildə qan analizi verdikdə isə İİV-ə yoluxduğu ortaya çıxır. Amma bir əlamət də var ki, bu uzun müddət ishal prosesidir. Belə halda mütləq həmin şəxs yoxlanılmalıdır.

Bir hal da var ki, iki partnyorun xəstəliyini bilmədən cinsi əlaqədə olarsa, bunun da həlli var. İlk 72 saatda mərkəzimizə müraciət edirlər və post-kontakt profilaktika aparılır. Nəticədə İİV-ə yoluxma sıfıra enir.

Mən həmişə demişəm ki, QİÇS elə bir xəstəlikdir ki, davranışından və biliyindən asılı olaraq hər kəs özünü qoruya bilər.

- Hansı mərhələdən sonra bu xəstəliyin müalicəsi tamamilə sonlanır?

- İnsan İİV-ə yoluxubsa, onun tamamilə qandan təmizlənməsi mümkün deyil. Yəni bu xəstəliyin tamamilə aradan qaldırılmasının hələ ki, heç bir iynə, dərmanı yoxdur. Amma müalicəni qaydasında tətbiq edərək, həyatına davam edə bilərlər.

- Hazırda qeydiyyatda olan ən yaşlı xəstənizin neçə yaşı var?

- Mərkəzimizdə 80 yaşlı kişi var ki, artıq 16-17 ildir ki, qeydiyyatdadır. Həyatına normal davam edir.

- Anadan övlada keçməsindən söz açdınız. Hamiləlik dövründə bu xəstəliyi müəyyən etmək olurmu?

- İİV-ə yoluxmuş qadından uşağa virusun ötürülməsinin qarşısını almaq üçün hamiləlik dövründə iki dəfə müayinədən keçməlidir. Ən əsası isə ikinci yoxlanışdır. Birinci yoxlanışda əgər test müsbət çıxırsa, həmin qan bizim mərkəzə göndərilir. Xanım qeydiyyata alınır və uşağa keçməməsi üçün ona virusla mübarizə məqsədi ilə müalicə yazılır.

Bu test fərqli də ola bilər. Yəni, ola bilər ki, birinci testin nəticəsində mənfi olsun, amma ikincidə müsbət çıxa bilər. Bizim əsas məqsəd sağlam uşaq dünyaya gətirməkdir.

Bununla yanaşı, ana övladı 3 yolla: hamiləlik dövründə, doğuş zamanı və südlə əmizdirdikdə İİV-ə yoluxdura bilər. Qəti şəkildə İİV testi müsbət çıxan ana övladına süd vermir. Qeyd edim ki, İİV virusunun süddə konsentrasiyası daha yüksək olur.

- Elə bir tale varmı ki, bu xəstəlikdən bixəbər olaraq bütün ailə üzvlərini yoluxdursun?

- Belə ailələr olur. Bizdə qeydiyyatda olan ailə var ki, ata narkotik istifadəçisidir və xanımı ilə cinsi əlaqədə ona yoluxdurub. Daha sonra xanım hamiləlik dövründə heç bir həkimə müraciət etməyib, qadın məsləhətxanasında olmayıb və nəticədə övlad İİV virusu ilə dünyaya gəlib. Bununla yanaşı, heç ana ikinci övladına hamilə olanda da yoxlanmayıb. İkinci uşağın doğuşu zamanı bu virus aşkar edilib. Amma artıq gec idi çünki bütün ailə üzvləri virusa yoluxmuşdu. Təəssüflər olsun ki, ana və ata vəfat etdi. Uşaqlar isə dövlət himayəsinə verildi.

- Səbinə xanım, müalicə almaqdan imtina edənlər olubmu?

- Bilsəniz ki,nə qədər belə rədd cavabı verənlər var. Heç kəsi bu barədə məcbur edə bilmərik. Sadəcə bir həkim olaraq biz çalışırıq ki, razı salaq. Bu bir az psixoloji durumdan asılıdır. Elə zaman olub ki, xəstəliyə yoluxmuş insana bu xəbər veriləndə deyir ki, həmin həkim məni yoluxdurub. Yəni bu psixoloji durumla çox əlaqəlidir. Belə bir diaqnozu eşidib qəbul etmək çox çətindir. İlk başda inanmadıqları üçün özəl xəstəxanalara üz tuturlar. Amma hər kəs bilməlidir ki, İİV müsbət çıxan bütün qan təhlilləri bizim mərkəzə göndərilir.

İlk başlarda normal həyata davam etdikləri üçün inanmır və müalicədən imtina edirlər. Amma ağırlaşandan sonra gələndə biz onlara yardım edə bilmirik.

- Maraqlıdır, bu xəstəliyi başqasına yoluxduran şəxslərə qarşı cinayət məsuliyyəti varmı?

- Bəli, var. Bizim bu hallarla bağlı insanları maarifləndiririk. Öncə onu deyim ki, mən hər zaman gənclərə tövsiyə edirəm ki, kimlə ailə həyatı qurursunuzsa, həmin insandan bu xəstəliklə bağlı cavabı mütləq alın və özünüz oxuyun.

Çünki belə bir halla qarşılaşmışıq. Deməli, bir xanım evlənməmişdən qabaq oğlanla ikisi test verir, yoxlanırlar. Amma qız bu testin cavabları ilə maraqlanmır. Oğlan da onda İİV virusu aşkarlanmasını gizlədir. Və nəticədə qızı virusa yoluxdurur. Xanım hüquqlarını bilən adam olduğu üçün yoldaşını məhkəməyə verdi. Hazırda həmin oğlan cinayət əməli ilə həbsxanada cəza çəkir.

- Sizin fikrinizcə, bu xəstəlik haqqında uşaqlara maarifləndirici dərslər keçirilməlidirmi?

- Əvvəllər, bu istiqamətdə tədbirlər çox olurdu. Bizim həkimlərimizdən bir neçəsi hər gün məktəblərə gedib təlimlər keçir, yeniyetmə uşaqları maarifləndirirdi. Düşünürəm ki, bu xəstəlik haqda biliklər nə qədər erkən yaşda verilərsə, o qədər yaxşıdır.

Bir məsələni də qeyd edim ki, bizim əməkdaşlar var ki, gecə şəhərə çıxıb risk qrupları çox olan ərazilərə gedir və istənilən adamı ekspress test üsulu ilə İİV-ə qarşı müayinə edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1734   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Onu o qədər vurmuşam, hələ sağdır?" - Lazeroloqu bıçaqlayan nələr deyib?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib. Şahid Ş.V təqsirləndirən şəxsi tanımadığını bildirib:. "Mə

07.05.2026 380
.

İntensiv yağış yağacaq

Mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

07.05.2026 342
.

Minlərlə kilometrlik çayda niyə bir dənə də körpü yoxdur?

Dünyanın su həcminə görə ən böyük çayı olan Amazon müasir mühəndisliyin bütün imkanlarına baxmayaraq hələ də bir sahildən digərinə körpü ilə birləşdirilməyib. Bu vəziyyətin səbəbi texnologiya çatışmazlığından çox, mürəkkəb təbii və logistik amillərlə bağlıdır. Qaynarinfo xəbər verir ki, təxminən 640

07.05.2026 142
.

Şabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm

07.05.2026 174
.

İsrail İrana qarşı hərbi əməliyyatlara hazırlaşır

İsrail ordusunun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığı bildirilir. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ölkəsinin ABŞ ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərdiyini açıqlayıb. O qeyd edib ki, İsrai

07.05.2026 213
.

Pezeşkian Müctəba Xamenei ilə görüşdü

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Lideri Müctəba Xamenei ilə görüşüb. "AzPolitika" xəbər verir ki, bu barədə İran prezidentinin Mətbuat xidməti bəyanat yayıb. Pezeşkianın sözlərinə görə, görüş səmimi atmosferdə və qarşılıqlı hörmət şəraitində keçib. "Bu yaxınlarda Ali Rəhbə

07.05.2026 177
.

Trampın ambisiyaları danışıqları dalana dirədi

ABŞ Prezidenti Donald Trump ilə İran arasında mümkün sülh prosesinin qarşısındakı əsas maneələrdən birinin Trampın şəxsi ambisiyaları olduğu iddia edilir. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, "İran tərəfi indiyədək Trampa mövcud vəziyyətdən çıxmaq və nüfuzun

07.05.2026 180
.

"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. BİG.AZ -a istinadən xəbər verir ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus"

07.05.2026 337
.

Əbədiyaşar lider - Heydər Əliyev

Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı

07.05.2026 282
.

TOP MP3