Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır - DETALLAR
Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.
"Report"un Fazil Mustafanın köməkçisi və yaxınlarından əldə etdiyi məlumatlarda müalicə prosesinin davam etdirildiyi, durumunun günü-gündən yaxşılaşdığı, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından məlumatlı olduğu bildirilib.
Belə ki, martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Ötən müddətdə verilən rəsmi məlumatlardan göründüyü kimi, cinayət hadisəsi ilk gündən terror aktı kimi qiymətləndirilərək faktla bağlı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Həmçinin qeyd edilib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, kompleks tədbirlər görülüb, təhlükəsizlik və hüquq mühafizə orqanları tərəfindən birgə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri həyata keçirilib, cinayətkarlar müəyyən olunaraq saxlanılıb, birgə axtarışlar və istintaq hərəkətləri aparılıb.
Artıq o da məlum olub ki, xüsusi xarakteri nəzərə alınaraq təhlükəsizlik orqanı tərəfindən məsələnin kompleks nəzarətə götürülməsi ilə əlaqədar hadisə aydınlaşdırılana və cinayətkar şəbəkə tam ifşa olunub zərərsizləşdirilənədək şəxsi təhlükəsizliyinin də təminatı kimi Fazil Mustafa ilk gündən DTX-nin Hospitalına köçürülüb.
Ötən gün yayılan məlumatlara əsasən isə, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində Səbail rayon Məhkəməsində keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 836 Tarix: 06 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki
05.11.2026 314 Avropada Moskva ilə danışıqlara kimin rəhbərlik edəcəyi müzakirə olunur
Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Avropa İttifaqında (Aİ) Moskva ilə mümkün danışıqlarda ittifaqı kimin təmsil edəcəyi ilə bağlı müzakirələr başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Aİ daxilində bu məsələ ilə bağl
11:05 133 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 0 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 70 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 315 Bayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 123 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 486 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 383 Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs
11:24 135