Prezidentimizin Tacikistana dövlət səfərinin uğurlu nəticələri

Prezidentimizin Tacikistana dövlət səfərinin uğurlu nəticələriSon illər Azərbaycanın fəal iştirakçısı və etibarlı tərəfdaş olduğu platformalardan biri olan Orta Asiya respublikaları ilə münasibətlərin genişləndirilməsi xüsusi diqqət çəkir. Bu il aprelin 5-də Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri də eyni prosesin tərkib hissəsi kimi əhəmiyyət kəsb edirdi. İki ölkə münasibətlərinə nəzər salanda aydın şəkildə görünür ki, Azərbaycanla Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlar çərçivəsində sağlam əməkdaşlıq şəraitində mövcud olub. Bu baxımdan iki ölkə arasında uğurla inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələr indi də diqqəti cəlb edir.
Bu gün Azərbaycanın beynəlxalq arenada mövqeyi, nüfuzlu dünya dövlətləri ilə ikitərəfli münasibətləri hazırda ən yüksək səviyyədədir. Ölkəmizin iqtisadi potensialı, qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rol, geosiyasi mövqeyi Azərbaycanı dünyada maraqlı tərəf edib. Prezident İlham Əliyev tərəfindən birbaşa diqqətdə saxlanılan xarici-iqtisadi siyasət kursu diplomatik baxımından dövlətin yüksəlişinin təminatçısıdır.
Prezident İlham Əliyev Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermiş olacaq. Azərbaycanlı həmkarı ilə görüşdə Prezident Emoməli Rəhmonun "ilk növbədə, BMT-də bir-birimizin namizədliyimizi və təşəbbüslərimizi qarşılıqlı dəstəkləmək praktikasını davam etdirmək barədə razılığa gəldik" bəyanatı, hesab edirəm, xoş ümid və niyyətin ifadəsi idi. Bundan başqa, ölkələr arasındakı diplomatik münasibətlərə toxunan Emoməli Rəhmon otuz il ərzində Tacikistan və Azərbaycan arasında səmərəli nəticələr əldə olunduğunu vurğulayaraq, bunun xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli və qarşılıqlı etimada əsaslanan siyasətin fonunda yarandığını bildirdi. Gələn ay xalqımızın görkəmli övladı Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd olunacağını bildirən Emoməli Rəhmon Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətini hər zaman səmimiyyətlə xatırladığını söylədi.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkür edən ölkəmizin başçısı Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev dost Tacikistanın sabitlik hökm sürən ölkə kimi həm də xarici investisiyaların dövlət tərəfindən qorunduğunu müsbət amil kimi dəyərləndirdi. Ölkəmizin başçısı hökumətlərarası komissiyanın növbəti iclasının bu il Tacikistanda keçirilməsi ilə bağlı əldə olunan razılıqdan söhbət açaraq iclasa qədər nəqliyyat-logistika, qarşılıqlı əlaqələri, investisiya, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilən bütün tapşırıqların da yerinə yetiriləcəyinə əminliyini və nəticələrin sevindirici olacağını qeyd etdi.
Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaqla yanaşı, həm də bu günə qədər olan nəticələri bir qədər də yüksəltmiş oldu. Azərbaycanın regionun lider olmasını nəzərə alsaq, o zaman ölkəmizin Tacikistan üçün də böyük maraq kəsb etdiyi şübhəsizdir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanan sənədlər və səsləndirilən bəyanatlar onu göstərdi ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan münasibətlər daha da yüksələn xətt üzrə inkişaf edəcək. Çünki Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında dünya siyasi düzənində müttəfiqlik və qarşılıqlı münasibətlərin qorunması üçün götürdüyü öhdəliklərə sadiqliyi ilə ən etibarlı ölkə imicini qazanıb.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 93
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 134
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 146
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 139
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 86
.

Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl

10:38 157
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 126
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 486
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 142
.