Terroru Ramazan orucundan üstün tutan İranın manqurtlaşmış dəstəsi - ŞƏRH

Terroru Ramazan orucundan üstün tutan İranın manqurtlaşmış dəstəsi - ŞƏRHİran üçün müqəddəs heç nə yoxdur. Tək müqəddəs nəsnə haram yolla pul toplamaq və insanları öz saxtakarlıqlarına inandırmaqdır.

Məsələ burasındadır ki, İran bu saxtakarlıqlarını ali dəyər kimi sırımaq üçün İslam adından istifadə edir. Təəccüblü heç nə yoxdur.

İran heç zaman müqəddəs dəyərlərə hörmət etməyib. Edən olsaydı, Qurani-Kərimin nazil olduğu, müsəlmanlar üçün orucluq və mənəvi təmizlənmə ayı hesab olunan Ramazan ayında terror əməlləri törətməzdi.

İslam özü də terroru pisləyir. Ancaq İran həyanı o qədər itirib ki... İran Ramazan ayında Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanı güllələdi. Bəllidir ki, deputata atılan güllələr, Azərbaycan dövlətinə qarşı sıxılmışdı.

Bu da İranın İslam "təəssübkeşliyi". İran elə bir dövlətdir ki, onun əməlləri başdan-ayağa İslam dininin təməl prinsiplərinə qarşıdır.

Ona görə də özünü dünyada İslami dəyərlərin müdafiəçisi kimi təqdim edən İrandakı molla rejimi hətta belə bir müqəddəs ayda öz naqis əməllərindən çəkinmir.

Bu qaniçən rejimin sifarişlərini yerinə yetirənlər manqurtlar və milli xəyanətkarlardır. Onlar Azərbaycana qarşı hər təxribata əl çalanlardır. Hətta Azərbaycanın İrandakı səfirliyinə qarşı hücuma da haqq qazandırırlar.

Azərbaycan cəmiyyəti və dövləti bu marginal, şər qüvvələrə qarşı səfərbər olublar. Xalqla dövlət arasında İran təhlükəsinə qarşı həmrəylik var.

Vətəndaş kimi öz etiraz səsimizi ucaltmağı davam etdirməliyik.

Bu məsələdə Azərbaycanın tanınmış simaları, ictimaiyyət, mədəniyyət, incəsənət, elm nümayəndələri susmamalı, öz mövqeyini açıq ifadə etməlidirlər.

Çünki İran çox riyakardır. Onun riyakarlığını terror müşayiət edir. 30 illik erməni işğalı dövründə, Vətən müharibəsi günlərində olduğu kimi, bu gün də ümummilli həmrəylik nümayiş etdirərək molla rejiminin Azərbaycanı Suriya, Livan, İraq, Yəmənə çevirmək cəhdlərinə imkan vermək lazım deyil.
Azərbaycan Cənubdakı soydaşlarımıza da dəstək göstərir. Bu dəstək davam etməlidir. Çünki molla rejimi Cənubi Azərbaycandan olan qardaş və bacılarımızın haqlarını tapdalayır. Onların mübarizəsindən qorxur. İran azərbaycanlıların Azərbaycan dövlətinə rəğbətini həzm edə bilmir. Ümumilikdə Azərbaycan molla rejimi üçün gözdağıdır. Müstəqillik ideallarının Cənubdan dəstək qazanması isə İranın səsini zilə qaldırır. İran bizi daxildən parçalamaq və dövlət kimi zəiflətmək istəyir.

İran Azərbaycanı "ağ ölümə" də düçar etmək niyyətindədir. Məhz mollaların xeyir-duası ilə Azərbaycan xalqının milli genefondunu məhv etmək üçün cəmiyyətimizə, gənclərimizə narkotik aludəçiliyi aşılanır. Bununla molla rejimi özünü varlandırır.

Bu pullar vasitəsilə ölkəmizdəki İran şəbəkəsinin, terror qruplarının çirkin əməlləri maliyyələşdirilir.

Faktlar da onu göstərir ki, İranın ifşa olunan agentura şəbəkəsi özünü narkotik ticarətindən əldə olunmuş gəlir hesabına maliyyələşdirdi.

Bu gün İrana xidmət etmək Ermənistana yardım etməkdir. Çünki Ermənistanın ən böyük dayağı İrandır. İran Ermənistanın xeyrinə nəyi desən, edər. Təki Azərbaycan qalib olmasın. İrana boyun əyənlər şəhidlərimizin ruhuna hörmətsizlik edir. Manqurtlaşmış dəstə bunu başa düşüb ziyanın yarısından da olsa geri qayıtmalıdır.

Bu gün molla rejimi təkcə əməldə deyil, eyni zamanda informasiya məkanında da Azərbaycana qarşı mənəvi terror həyata keçirir. Buna görə də sosial şəbəkələrdə vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar. Biz dünya erməniliyini və Ermənistanı necə məğlub etdiksə, molla rejiminin fitnə-fəsadlarını da beləcə məğlub edə bilərik.

Çünki molla rejimi nə qədər özünü yırtsa da, daxildən didilir. Molla rejimindən bezmiş xalq artıq bu basqı altında yaşamaq istəmir.

Bunu görən molla rejimi öz daxilindəki problemlərdən fikri yayındırmaq üçün daim xarici düşmən obrazı yaradır və xalqı bu düşmənlə mübarizə üçün səfərbər etməyə çalışır. Amma artıq İran vətəndaşları başa düşürlər ki, bu fitnələrin sonu yoxdur və belə davam edə bilməz.

Deməli, molla rejiminin sonuna çox az qalıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 606   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 109
.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs

11:24 99
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

05.11.2026 518
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 380
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 37
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 345
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 65
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 108
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 317
.