"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTO

"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTO"MiniBoss Business School Baku"nun təşkilatçılığı ilə sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında "Startap Forumu 2023" keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində on dörd komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş ediblər.

"MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova isə bildirib ki, bu gün keçirilən forumda 14 komanda öz layihələrini münsiflər heyətinə təqdim edəcək:

"Hər dəfə olduğu kimi bu gün də keçirilən "Startap Forum" uşaqlara və yeniyetmələrə öz istedadlarını ortaya qoymağa kömək edən bir platformadır. Hər il "MiniBoss Business School"un şagirdləri öz layihələrini münsiflərə təqdim edirlər və layihələrinin layiq görüldüyü qrantları alırlar. Ayrılan qrantlar vasitəsilə komandalar təqdim etdikləri layihələri gerçəkləşdirirlər. İyulun 15-də keçirilən Milli Çempionatda komandalar artıq hazır məhsulla yenidən münsiflər qarşısında çıxış edəcəklər.

"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTOBu forumda təqdim ediləcək layihələrin sayı 14-dür. Qeyd edim ki, ötən il layihələrə ayrılan qrantın minimum məbləği 400 manat, maksimum isə 5000 manat olub".

Bu dəfə isə "MiniBoss Business School Baku"un direktoru Alina Xəlilova isə bildirib ki, ildən ilə keçirilən foruma hər dəfə uşaqlar və yeniyetmələr maraqla qoşulur:

"Forumda iştirak edən 14 komandanın hər biri sosialyönümlü müxtəlif layihələr təqdim edəcək. Bura alternativ enerji, qida sektoru, tekstil, İKT və digər sahələri əhatə edən maraqlı layihələrimiz olacaq. Bütün komandalara uğurlar arzu edirik".

"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTOForumda münsiflər heyətinin üzvləri KOBİA-nın idarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Avropa-Azərbaycan məktəbinin direktoru Françesko Bançini, "British Council"un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Azərbaycan üçün Birlik Yardım Fondunun (UAFA) təsisçisi Given Burçel, Bakı Beynəlxalq Təhsil Mərkəzinin ( NCUK) rəhbəri Bəsti Ağarzayeva, "PAŞA Holding"də İnnovasiyalar üzrə Proqram rəhbəri Fərrux Əliyev layihələri dinləyib, uşaqlara startaplar barədə suallar veriblər.

"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTO"Screenish", "VIP Puzzle", "Scenty sport", "Dulce Date Bar", "Econotes", "Challenger", "Optimal Water Generator", "Yummy Gummy", "WoodMood", "BeSafe", "Box from my land", "Infanimals" komandalarının təqdim etdiyi startap layihələr münsiflər heyəti tərəfindən dəyərləndirilib və komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb.

"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTOQrant məbləği minimum 210 ABŞ dolları (357 AZN), maksimum isə 2010 AZN təşkil edir.

Münsiflər heyəti tərəfindən komandalara aşağıdakı məbləğdə qrantlar ayrılıb:

"Screenish" komandası 1000 AZN,
"VIP Puzzle" - 1300 AZN
"Scenty sport" - 600 AZN
"New energy generator" - 500 AZN
"Dulce Date Bar" - 500 AZN
"Econotes" - 1000 AZN
"Challenger" - 1400 AZN
"Yummy Gummy" - 2000 AZN
"WoodMood" - 2000 AZN
"BeSafe" - 2000 AZN
"Box from my land" - 2010 AZN
"Infanimals" - 1800 AZN
"Smart Robot Cyclist" - 210 dollar
"Drewdrops" - 450 dollar.

Tədbirin yekununda komandalara layihələri üçün ayrılan qrantlar təqdim edilib.

Qeyd edək ki, bu il "Miniboss Business School" məktəbinin tələbələri ilə yanaşı ölkə üzrə digər orta ümumtəhsil müəssisələrindən də komandalar startap layihələrinin təmsil ediblər. Gənc sahibkarlar tərəfindən cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr də təqdim edilib. Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTO"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70 filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaş arası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında "Startap Forum", Milli və Dünya çempionatları təşkil edir. Xatırladaq ki, bu il dünya çempionatı 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.

"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTO"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTO"Miniboss Business School Baku"nun təşkilatçılığı ilə "Startap Forumu 2023" keçirilib - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 931   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 109
.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs

11:24 99
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

05.11.2026 518
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 380
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 37
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 345
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 65
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyin simvoludur

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bun

11:17 108
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 317
.