Hər gün minlərlə yoluxma, onlarla ölüm – təhlükəli virusun qurbanları artır
Hər gün dünyada koronavirusa minlərlə yoluxma, onlarla ölüm qeydə alınmaqda davam edir.
Bu barədə "Report" ayrı-ayrı ölkələrin koronavirusa yoluxma üzrə statistikasına istinadən xəbər verir.
Belə ki, təkcə Meksikada son sutka ərzində koronavirusa 1 763 yoluxma qeydə alınıb. Qeyd edilir ki, son gün ərzində daha 18 nəfər COVID 19-un qurbanı olub.
Pandemiya ərzində Meksikada koronavirusa ümumilikdə 7 576 383 yoluxma, 333 763 ölüm qeydə alınıb. Qazaxıstanda son gündə koronavirusa 34, Pakistanda 13 yoluxma qeydə alınıb.
Statistik məlumatlar dünyada koronavirusa yoluxanların ümumi sayının artdığını göstərir. Belə ki, pandemiya ərzində dünyada COVID-19 diaqnozu qoyulanların ümumi sayı 686 420 104 nəfərə çatıb.
Məlumata görə, dünyada pandemiya qurbanlarının da ümumi sayı 6 859 395 nəfərə çatıb, eyni zamanda COVID-19 diaqnozu qoyulmuş 659 008 064 insan sağalıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb – 106 542 201 nəfər. Birləşmiş Ştatlar habelə koronavirusdan ölüm sayına görə də siyahıda birincidir – 1 159 011 nəfər.
Pandemiya ərzində koronavirusa yoluxma sayı üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində 44 881 877 nəfərə COVID-19 diaqnozu qoyulub. Hindistanda 531 300 insan koronavirusdan ölüb.
Pandemiya ərzində COVID-19-a ən çox yoluxmanın qeydə alındığı üçüncü ölkə Fransadır. Qərbi Avropanın bu ölkəsində 39 945 239 nəfərdə koronavirus əlamətləri qeydə alınıb, 166 289 insan ölüb.
Almaniya da koronavirusdan ən çox əziyyət çəkən Avropa ölkələrindəndir. Bu ölkədə pandemiya ərzində 38 393 992 nəfərə COVID-19 diaqnozu qoyulub, 172 536 nəfər təhlükəli virusun qurbanı olub.
Dünyada ABŞ-dan sonra koronavirusdan ən çox ölüm Braziliyada qeydə alınıb. Bu ölkədə 701 215 nəfər COVID-19-dan ölüb. Braziliya həm də koronavirusa ən çox yoluxma sayına görə dünyada beşincidir.
Qeyd edək ki, bəzi ölkələrin koronavirusla bağlı sutkalıq məlumatları hələ yenilənməkdədir.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 793 Tarix: 23 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
19:00 1 ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar
ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd
10:45 242 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
12:20 333 Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
11:32 226 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
12:14 212 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
17:50 59 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
18:30 1 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
12:04 231 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 0