Qurban Qurbanov: "Əvəzolunmaz insan yoxdur"
"Həyatda, futbolda, məşqçilikdə və bütün sahələrdə əvəzolunmaz insan yoxdur".
BiG.AZ xəbər verir ki, bunu "report"a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov digər azərbaycanlı məşqçilərin onun uğurlarını təkrarlamaq ehtimalına münasibət bildirərkən deyib.
51 yaşlı mütəxəssis ölkədə bacarıqlı və istəkli mütəxəssislərin olduğunu vurğulayıb:
"İnanın, bu barədə danışmaq mənim üçün çox ağırdır. Həmişə çalışmışam ki, üzərimə düşən vəzifəni daim layiqincə yerinə yetirim. Amma bizdən başqa bunları edəcək birisi yoxdur deyə bilmərəm. Ümumiyyətlə, futbol və idman karyerası elədir ki, hərənin öz dönəmi olur.
O gedir və daha sonra başqası gəlir. Mənədək və bizim dövrümüzdə də çox yaxşı baş məşqçilərimiz olub. İnanıram ki, bundan sonra daha yaxşı mütəxəssislər olacaq. Sadəcə, idman elə şeydir ki, burada uğur əldə edən simalar, fərdlər olur.
Şükürlər edirəm ki, bu, mənə də nəsib oldu və Azərbaycan reallığında nəticələr qazana bildik. Həmişə yerli məşqçilərimizin ön planda olmasını istəmişəm".
Qurbanov tanıdğı mütəxəssislərin istəkli olduğunu və əziyyət çəkdiklərini söyləyib:
"Hazırda "Turan Tovuz"da işləyən Ayxan Abbasov, "Qəbələ"dən Elmar Baxşıyev, "Zirə"dən Rəşad Sadıqov, Aftandil Hacıyev və "Kəpəz"dən Tərlan Əhmədovu misal göstərə bilərəm.
Bəlkə kimisə unutdum, xatırlamadım, üzrlü hesab etsinlər. Öz üzərlərində çalışan məşqçilər həddindən artıq çoxdur. Onların haqqında eşidirəm, məlumat da alıram. İstərdim ki, hər şeyi mənim üzərimdə qurmayaq".
Qurban Qurbanovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1237 Tarix: 27 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
04.10.2026 825 İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtira
03.11.2026 559 FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını
30.10.2026 491 Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17.10.2026 750 Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
31.10.2026 420 "Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 684 "Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar
Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə
27.10.2026 755 Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 759 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 613