Kliniki ölüm keçirdi, dənizdə boğuldu, on beş yaşlı gənci ölümdən xilas etdi - Oksana Rəsulovanın ən böyük sirri nədir?

Kliniki ölüm keçirdi, dənizdə boğuldu, on beş yaşlı gənci ölümdən xilas etdi - Oksana Rəsulovanın ən böyük sirri nədir?BiG.AZ Kulis.az-a istinadən rəqqasə, aktrisa Oksana Rəsulova haqqında maraqlı faktları təqdim edir.

Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 3 yaşı olanda Oksana möhkəm xəstələnir, qonşudakı tibb bacısı ona antibiotik vurur. Bir az keçməmiş, Oksananın vəziyyəti pisləşir, ağzından köpük gəlir və kliniki ölüm keçirir. Həkimlərin səyi nəticəsində o, yeddi saatdan sonra həyata qayıdır. Sonralar Oksana heç yerdə həmin dərmanın adını heç kimə demir, bunu sirr kimi saxlayır. Çünki həmin dərman ona təkrar nə zaman tətbiq edilsə, o, yenidən kliniki ölüm keçirə bilər.

***

Uşaqlıqdan hind rəqslərinə böyük həvəsi Oksanada, bu həvəsi hind filmlərinin pərəstişkarı olan xalası yaradır. Sonralar ailəsi ilə birlikdə Rusiyaya köçən Oksana uzun müddət Rusiya Federasiyasında yaşayıb. Rəqs təhsilini burada da davam etdirir və Uşaq Xareoqrafiya məktəbinə daxil olur. Rəqslə paralel olaraq, orta təhsilini də davam etdirən Oksana aktyorluq sahəsinə maraq göstərsə də atasının ciddi etirazı səbəbi ilə Tibb universitetinə daxil olur. O, ginekologiya, daha sonra isə dəri-zöhrəvi fakültələri üzrə təhsil alır. Universiteti əla qiymətlərlə başa vurur.

İki il ixtisası üzrə işləyir, lakin gələcəyini rəqqsiz təsəvvür etməyən Oksana həkimlik fəaliyyətini dayandıraraq hind rəqsləri ilə daha ciddi məşğul olmağa başlayır. Səylə çalışmağı onu beynəlxalq müsabiqələrə qədər gətirib çıxarır. 1999-2000-ci illərdə keçirilən müsabiqlərədə 2-ci və 3-cü yerlərə layiq görülsə də 2008-ci ildə nəhayət qalib seçilir. 2006-cı ildə Sankt-Peterburq şəhərində keçirilən "Beynəlxalq Hind rəqsləri" müsabiqəsində 2-ci dərəcəli laureat adını qazanıb. Elə həmin illər də vətənə qayıdan rəqqasə, bir il sonra Rusiyada keçirilən, beynəlxalq müsabiqədə bu dəfə Azərbaycanı təmsil edir və yenə də qalib olur. Öz üzərində dayanmadan çalışan Oksana 2001-ci ildə yaratdığı "Çandra Mukxi" rəqs qrupunu yenidən bərpa edir və müəllimlik fəaliyyətini davam etdirir.

***

Aparıcı yaşadığı həyatı boyunca çox səhvlər etdiyini, valideynlərinə əziyyət verdiyini etiraf edib. Ancaq onun etdiyi səhvlərə baxmayaraq Oksananın valideynləri onu hər zaman dəstəkləyib.

Oksana Rəsulova 3 dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşından ayrılan aktrisa ikinci dəfə reper Elşad Xose ilə ailə qurub. Ancaq Elşadla münasibətləri heç zaman ürəkaçan olmayıb. Belə ki, reper Oksanını döyüb, buna görə məhkəməyə belə verilib. Cütlük ayrılandan sonra Oksana üçüncü dəfə aktyor, aparıcı Şəhriyar Əbilovla ailə qurub. Bu izdivacdan onların Osman adlı övladları dünyaya gəlir. Ancaq bir müddət sonra Oksana Şəhriyardan da ayrılaraq həyatına oğlu ilə birgə davam edir. Bütün hallarda media Elşad Xose və Oksana Rəsulova sevgisi ilə hər zaman yaxından maraqlanıb. Hər iki məşhura bu barədə müxtəlif suallar ünvanlayıb. Verilişlərin birində ona Elşad Xose haqqında sual verəndə, Oksana deyir:

"Yeddi il o adamla birlikdə olmuşam. Sevgi olub, olmayıb bilmirəm. Amma hər şey bitib. Bizim aramızda bundan sonra heç nə ola bilməz. Mən Elşaddan ayrılandan sonra iki il ruhi sarsıntı keçirmişəm, depressiyaya düşmüşəm, psixoloji müalicə almışam. Onunla bağlı hər şey mənim üçün bitib".

***

Oksana 3 yaşında keçirdiyi kliniki ölümdən sonra üç dəfə də ölüm təhlükəsi yaşayıb. Bir dəfə ağır yol qəzası keçirib. İki dəfə isə film çəkilişi zamanı. Film çəkilişi vaxtı dənizə girməli olan aktrisanın uzun paltarı ayağına ilişir və o, boğulmaq təhlükəsi ilə üz-üzə qalır. Növbəti dəfə isə o, Hindistanda müsabiqə zamanı hündürlükdən tullananda, ciddi həyati təhlükə yaşayıb.

***

Oksananın ciddi qorxularından biri də təyyarə qorxusudu. 2007-ci ildə o, Taylanddan Pekinə uçanda təyyarədəki nasazlıq ucbatından o, 5 saat təyyarədə qorxu keçirib.

2008-ci ildə Oksana həkim işlədiyi dövrlərdə xəstəxanaya gətirilən on beş yaşlı Vüsal adlı oğlana tibb bacıları tərəfindən iynə vurulur. Qəfildən Oksananın gözü qarşısında uşağın halı pisləşir, qıc olmağa başlayır. Tibb bacısı qorxub geri çəkilsə də Oksana özünü itirmir, uşağa ilk tibb yardım göstərib onun həyatını xilas edir.

***

O, 2014-cü ildə Hindistanın Mumbay şəhərində, Zee TV telekanalında 6 ay müddətində yayımlanan "İndia's Best Cinestars Ki Khoj" ("Hindistanın Ən Yaxşı Kinoulduzu") teleyarışmasında Azərbaycanı təmsil edib və yarışmanın qalibi seçilib. 2014-cü ildə Hindistanın Zee TV telekanalında yayımlanan "Maharakshak Aryan" adlı teleserialında rol alıb. Daha sonra 2014-cü ildə Hindistanda Zee TV telekanalında "Sapne Suhane Ladakpan Ke" adlı teleserialda rol alıb.2015-ci ildən etibarən "OksiMedia" MMC şirkətini yaradaraq oranın rəhbəri kimi fəaliyyətini davam etdirir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1474   Tarix: 29 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 753
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 419
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 385
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 396
.

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb. Axşam.az xəbər verir ki, Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygü

24.10.2026 594
.

Engin Altana ağır itki - Foto

Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö

25.10.2026 889
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 422
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 711
.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

04.11.2026 343
.