2 yetimi övladlığa götürən, ən xeyirxah kral – Şahruk Xan

2 yetimi övladlığa götürən, ən xeyirxah kral – Şahruk XanLent.az "Göz önündə" layihəsində Hindistanın dünya şöhrətli aktyoru, müğənni, prodüser, "Bollivud kralı" təxəllüslü Şahruk Xandan bəhs edəcək.

O, Hindistanın ən yüksək titullarına layiq görülmüş az saylı aktyorlarındandır. Bu ölkədə bir Amitab Baççan və bir də Şahruk Xan dövlət tərəfindən xüsusi qvardiya ilə mühafizə olunur. O, ölkəsinin milli sərvəti sayılır.

Hindistanın ən yüksək "Padma Şri" mükafatına layiq görülmüş Şahruk Xanın adı dəfələrlə dünyanın ən nüfuzlu insanları siyahılarına liderlik edib. 80-dən çox bədii filmdə baş rol oynamış bu möhtəşəm aktyorun varidatı 540 milyon dollardan çoxdur.

2011-ci ildə "Los Angeles Times" onu dünyanın ən böyük kino ulduzu hesab edib.

Şahruk Xan 1965-ci il noyabrın 2-də Dehlidə müsəlman ailəsində doğulub. Əslən Pakistandan, Kəşmir vilayətindəndir. Xan soyadını Hindistanda böyüklüyünə görə dördüncü yerdə olan ən qədim nəslin nümayəndələri daşıyırlar. Bu soyadına görə, Amerikada bir neçə dəfə hava limanında problem yaşayıb.

Anası Fatimə Lətif Hindistan Milli Ordusunda xidmət etmiş General Mayor Şah Nəvaz Xanın qızı olub. (Oynadığı "Vir və Zara" filminin ssenarisi onun nəslinin hekayəsi əsasında yazılıb). Şahruk 15 yaşında olanda atası xərçəng xəstəliyindən ölür, 10 il sonra anasını da itirən Şahruk müsahibələrindən birində bunu özünə ömürlük travma hesab etdiyini deyib.

O, ali təhsilini iqtisadiyyat və kütləvi kommunikasiya sahəsi üzrə alıb. 1990-cı ildə aktrisa Hema Malini rejissor kimi debüt edir və Şahruku öz filminə çəkir. İlk filmdə epizod oynasa da, "Ən yaxşı aktyor oyunu" mükafatına layiq görülüb.

Beləcə onun ulduz yolçuluğu başladı. İlk illər əsasən psixi xəstə rollarına çəkilən gənc aktyor belə çətin obrazların öhdəsindən məharətlə gəlirdi. Səhnə onu sevdi və Şahruk tezliklə publikanın sevimlisinə çevrildi, milyonlarla fanatı yarandı.

Şahruk rus istehsalı olan "İdiot", İngiltərə istehsalı olan "Aşoka" filmlərində də çəkilib. Oynadığı "Zamanın nəfəsi" filminə görə "Oskar" alıb. Çəkildiyi "Devdas" filmi nüfuzlu Kann mükafatına, "Vir və Zara" BAFTA mükafatına layiq görülüb.

Onun oynadığı bütün filmlər beynəlxalq film prokatlarında ən çox gəlir gətirən filmlər olub.
Şahruk Xan aktrisa Quri Çibberlə evlidir. Qauri induizmə sitayiş etdiyi üçün oğlu Aryan və qızı Suhan həm İslam, həm də induist dini tərbiyəsi alırlar. Üçüncü övladını surroqat ana dünyaya gətirib.Ən böyük arzusu özünü hazır hiss edəndə qızı ilə birgə Həccə getməkdir. Oğlundan bu mənada əlini üzüb. Oğlu narkotik maddələrin aludəçisidir.

Aktyor hazırda Mumbayda, 20 milyon dollarlıq villasında yaşayır. Evinin önündə hər gün onu bir anlıq da olsun görməyə can atan yüzlərlə insan dayanır. Ulduzun Londonda və Dubayda da malikanələri var. Özünün kinoşirkətini qurub. Şirkət film, televiziya verilişləri, reklam və şou-proqramların çəkilişi ilə məşğul olur.

Şahruk Xan xeyriyyə ilə ən çox məşğul olan aktyorlardandır. O valideynlərini terrorçuluqla mübarizədə itirmiş iki pakistanlı yetim uşağı övladlığa götürüb. Dünyada işsizlik, yoxsulluq, insan alverinə qarşı mübarizə aparan bütün təşkilatlara dəstək göstərir. 2011-ci ildə xeyriyyə fəaliyyətinə görə, UNESKO tərəfindən xüsusi mükafata layiq görülüb. Şöhrətinə baxmayaraq ulduz xəstəliyinə tutulmayıb, əksinə dünyanın ən xeyirxah adamı titulunu alıb.

Hazırda "Kim milyonçu olmaq istəyir" proqramının aparıcısıdır, tez-tez müğənni kimi konsertlər verir. Müğənni kimi ŞRK ləqəbini işlədir. Onun haqqında "Şahruk Xanın daxili və xarici dünyası adlı" sənədli film çəkilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1395   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.