"Mənim dünyam yıxılıb, Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir..."

"Mənim dünyam yıxılıb, Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir...""Oqtay dünyasını dəyişəndə bu günə qədər mənə saysız-hesabsız zənglər gəlir. Heç birinə cavab vermirəm. Danışmaq istəmirəm. Heç danışa da bilmirəm. Yəqin ki, halımı, əhvalımı soruşmaq üçün zəng edirlər. Allah hamısından razı olsun. Özümü necə hiss edə bilərəm sizcə? Səhhətimi unutmuşam, yaddan çıxıb. Biri var ki, bu dərdi ağır qarşılayıram, biri də var ki, çəkə bilmirəm. Vidadi nə dinir, nə də ki, danışır. Hələ də o şokdan ayılmamışıq. Mənim dünyam yıxılıb".

BiG.AZ bildirir ki, Moderator.az-a açıqlamasında xalq artisti, mərhum prodüsser Oqtay Əliyevin anası Elmira İsmayılova deyib.

"Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. Ümumiyyətlə övlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər işləri çox olsaydı da, məni gəlib, görüb gedirdi. Bir-birimizlə o qədər sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay yuxularıma da gəlmir (kövrəlir)" deyə sənətkar bildirib.

Elmira İsmayılova bildirib ki, gəlini, əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir.

"Dilarəyə də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir" deyə xalq artisti bildirib.

"Mənim dünyam yıxılıb, Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir..."


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1741   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşhur müğənninin "Namus" mahnısına rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO

Türkiyəli müğənni Melek Mosso Antalyada verdiyi konsertdə nümayiş etdirdiyi səhnə performansı ilə izləyicilərin böyük rəğbətini qazanıb. -ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert zamanı sevilən mahnılarını səsləndirən sənətçi repertuarına sürpriz olaraq Sezen Aksunun illərdir dillər əzbər

08.08.2026 563
.

Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi

Türkiyəli müğənni Cansever vəfat edib. Axşam.az xəbər verir ki, ifaçı 59 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Cansever xərçəngdən əziyyət çəkirdi. Müğənni "Ben ne günler gördüm", "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat"

09.08.2026 523
.

Hande Yener arzusunu Amsterdamda gerçəkləşdirdi

Türkiyəli müğənni Hande Yener uzun müddətdir üzərində çalışdığı "STAR Gene" layihəsini Niderlandın Amsterdam şəhərində təqdim edib. Axşam.az-ın məlumatına görə, Herenstraat küçəsində fəaliyyətə başlayan layihə qalereya konsepti ilə hazırlanıb. Burada sənətçinin illər ərzində səhnədə və kliplərind

08.08.2026 297
.

Güclü yağış yağdı, konserti təxirə salındı

Amerikalı reper Kanye Uestin Almatıda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb. Axşam.az xəbər verir ki, sənətçinin avqustun 14-də Mərkəzi Stadionda baş tutmalı olan konserti əlverişsiz hava şəraiti səbəbindən avqustun 15-nə keçirilib. Bu barədə Kanye Uest sosial şəbəkədəki "X" hesabınd

15.08.2026 171
.

Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - Video

Xalq artisti Brilliant Dadaşova oğlu Cahadın ad gününü bağ evində qeyd edib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. B.Dadaşova oğlu ilə doğum günü tortu ətrafında əyləncəli anlar yaşayıb

11.08.2026 410
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşım edib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotolarını izləyicilər

09.08.2026 506
.

Məşhur aparıcının həkim həyat yoldaşı DÜNYASINI DƏYİŞDİ - FOTO

Türkiyədə tanınmış televiziya və xəbər aparıcısı Erhan Çelikin həyat yoldaşı, mama-ginekoloq Özlem Gültekin vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, kədərli xəbər Gültekinin təsis etdiyi klinikanın sosial media hesabında paylaşılaraq ictimaiyyətə çatdırılıb. Paylaşımda bildirilib ki, minlərl

16.08.2026 256
.

Özünü "pis ana" adlandırdı

Amerikalı müğənni Britni Spirs özünü "pis ana" hesab etdiyini açıqlayıb. Axşam.az-ın məlumatına görə, 44 yaşlı sənətçi bu barədə "X" hesabında paylaşım edib. O, oğullarından birinin Tanrıya inanmadığını söyləməsindən sonra özünü pis ana kimi hiss etdiyini bildirib. Britni həmçini

09.08.2026 445
.

Azərbaycanlı müğənni küçədə döyüldü

Azərbaycanlı müğənni Pəriyar Məmmədova döyüldüyünü açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, avqustun 14-də səhər saatlarında səhnədən qayıdarkən 20 Yanvar dairəsi yaxınlığında tanımadığı iki şəxsin hücumuna məruz qalıb:. "İki nəfə

15.08.2026 363
.

TOP MP3