Özbəkistan prezidenti İlham Əliyevi təbrik etdi

Özbəkistan prezidenti İlham Əliyevi təbrik etdiÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

Əziz qardaşım!

Sizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən daxili və xarici siyasətiniz, iqtisadi və sosial sahələrdə həyata keçirdiyiniz sürətli islahatlar bu gün layiqli nəticələrini verməkdədir, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Bu xüsusda regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ədalətli və qətiyyətli səylərinizi tamamilə dəstəklədiyimizi bir daha qeyd etmək istərdim. Xüsusilə son illər ərzində Sizinlə aramızda yaranan və qardaş xalqlarımızın ümumi arzularının ifadəsi olan sıx qardaşlıq əlaqələri, açıq və məhsuldar dialoqlarımız, ali və yüksək səviyyələrdə səfərlərin mübadiləsi nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksəlmişdir.

Hörmətli İlham Heydər oğlu!

Əminəm ki, yaxın gələcəkdə Azərbaycana səfərimiz çoxşaxəli və uzunmüddətli əlaqələrimizdə yeni tarixi dövrün başlanğıcı olacaq, əməkdaşlığımızı arzuladığımız və mövcud imkanlarımıza uyğun şəkildə daha yüksək səviyyəyə çatdıracaq.

Fürsətdən istifadə edərək, ölkənizin həyatında bu unudulmaz və sevincli gündə Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətəninizin inkişafı naminə həyata keçirdiyiniz misilsiz fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı inkişaf və firavanlıq arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video

Xəbər verdiyimiz kimi, dünən şəhid Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə Həmidovanın toyu olub. "Qafqazinfo"nun məlumatına görə, toyda generallar, dövlət məmurları, tanınmış ictimai şəxslər iştirak ediblər. Müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi general-polkovni

10:14 257
.

Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib?

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub. -a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı ela

10:58 177
.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

15:51 74
.

Bu tarixdə Ay tutulması olacaq

Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Axşam.az xəbər verir ki, BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digə

11:30 145
.

Urmiya gölü qırmızı rəngə boyandı

Urmiya gölünün qırmızı rəngin müxtəlif çalarlarına boyandığı müşahidə olunub. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Qərbi Azərbaycan əyalətinin Ətraf Mühiti Qoruma İdarəsinin baş direktoru Urmiya gölünün bəzi hissələrində suyun rənginin dəyişməsin

16.08.2026 367
.

İrpenin fəxri vətəndaşı - Azərbaycanın güclü diplomatiyasının növbəti təzahürü

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ukraynanın İrpen şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və həyata keçirdiyi fəal diplomatik siyasətin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Bu hadisə Azərbaycan ilə Ukrayn

13:44 104
.

Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA

İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri

15:31 98
.

Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanmas

10:00 196
.

İran Fransa diplomatlarını Tehranda gizli fəaliyyətdə ittiham edib

İran Kəşfiyyat Nazirliyi iyul ayında Tehranda saxlanılan iki Fransa diplomatının ölkə vətəndaşları ilə gizli təmaslar qurduğunu bildirib. xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. Qurumun versiyasına görə, ələ keçirilən sənədlər Fransanın İran daxilində və xaricind

16.08.2026 306
.

TOP MP3