Razi Əliyevanı döyən Ziya məşhur siyasətçinin qohumu imiş

Razi Əliyevanı döyən Ziya məşhur siyasətçinin qohumu imişModel Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadə həbs qərarından apelyasiya şikayəti verib. Onun şikayətinə iyunun 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyilə baxılacaq.

Ziya Hüseynzadə modelin üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra saxlansa da, ona qarşı başqa məsələlərlə əlaqədar da ittihamlar irəli sürülüb. Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) 186 ( əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Təxminən ayyarım öncə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək, külli miqdarda kredit götürdüyü iddia olunan şirkətlərlə bağlı cinayət işi başlandığı bildirilirdi. Həmin açıqlamada adıçəkilən şirkətlərdən biri də Ziya Hüseynzadənin faktiki rəhbərlik etdiyi "PKF Audit Azerbaijan" MMC idi. Bu məsələ ilə bağlı istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

BiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Meydan TV məlumata əldə edib. Məlumata görə, Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumudur.

Ziya Hüseynzadə model Razi Əliyevanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, modelin üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunur ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

"Ziya Hüseynzadənin ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb", - DİN-in rəsmi açıqlamasında bildirilirdi.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib:

"Demək olar, bir il idi ki, mənə əzab verirdi. Tanımadığım nömrədən telefonuma gələn mesaja görə məni sutkalarla döyürdü. Gedirdi, mesajı yazanla görüşürdü, məsələni aydınlaşdırandan sonra gəlib, mənə barışmaq üçün yalvarırdı. Məni evdə bağlayırdı ki, ondan qaçmayım. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi. Sonra da hərəkətsiz düşən bədənimi hamama sürüyüb qanı yuyurdu. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək…".

Onun sözlərinə görə, Ziya Hüseynzadə evli olsa da, onunla münasibətlərinə son qoymaq istəməyib:

"O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib, təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur".

Ziya Hüseynzadə isə ünvanına səslənən bu fikirləri təkzib edib. O, "İnstagram"da yaydığı açıqlamada vurğulayıb ki, haqqında yayılan iddiaların məqsədi ondan pul qoparmaq, özünü və ailəsini ləkələməkdir:

"Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pul tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım var, istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.

Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yayındırır. İstəyir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətliliyinə əminəm".

Ziya Hüseynzadənin Avropa Yenidənqurma və İnkişaf Bankıyla bağlı ittihama münasibəti məlum deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1872   Tarix: 12 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir

Mən çoxlu insanın öldürülməsini istəmirəm, lakin məcbur qalsaq bunu edəcəyik. "Fox News"un xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, ABŞ-ın Venesueladakı əməliyyatını xatırladıb və Vaşinqtonun münaqişəni tez bitirə biləcəyini vurğulayıb. Tramp eyni məsələnin İrana da aid olduğun

20:15 133
.

Müğənnilərdən sevgi dolu duet - "Hardasan, sevgilim"

Müğənnilər Sevindik Oruc və Məryəm Uğur "Hardasan, sevgilim" adlı mahnını dinləyicilərə təqdim ediblər. xəbər verir ki, duet qısa zamanda musiqisevərlərin diqqətini cəlb edib. Mahnının adı və romantik ab-havası dinləyicilərə sevgi mövzusunda duyğusal anlar yaşadır. Sevindik Oruc və Məryəm Uğuru

11:36 278
.

Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük

Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn

20:00 187
.

Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil

15:52 304
.

Polisə atəş açan hərbçiyə hökm oxundu

Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə

22:00 1
.

Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək

Rusiya və Ukrayna təmsilçiləri Ağ Evdə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp şəxsən hər iki ölkənin nümayəndələrinin görüşündə rol oynayacaq. Məlumatda oktyabrın 29-da Aleşkidə elan edilən atəşkəsdən də söz açılıb və bunun ABŞ-ı

21:15 85
.

İlham Əliyev İliyana Yotovanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim

17:46 212
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

12:06 247
.

Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?

Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda

15:02 284
.