"Azərbaycanla qardaşlıq pozularsa, Türk dünyası dağılar" - Türkiyəli admiraldan ŞOK AÇIQLAMA
"Azərbaycanla qardaşlığımızın pozulması etiraf edək ki, Türk Dövlətləri Təşkilatının dağılması, Şimali Kipr Türk Respublikasına verilən dəstəyin tamamilə aradan qalxması deməkdir".
Lent.az xəbər verir ki, bu sözləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisi, təqaüddə olan kontr-admiral, profesor Cihat Yaycı deyib.
Admiralın fikrincə, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin pisləşməsi Türkiyənin Türküstandakı təsirinin azalmasına, Orta Asiyada Türkiyənin iştirak etmədiyi yeni birlik modelinin formalaşmasına gətirib çıxara bilər:
"Xatırlayırsınızsa, Türk Dövlətləri Təşkilatının son zirvə toplantısına Macarıstan ümumiyyətlə qatılmamışdı. Görürsünüzmü, hadisələr Türk Dövlətləri Təşkilatının ləğvinə doğru gedir. Bunun da əsas səbəbi Azərbaycanla Türkiyənin münasibətlərinin pozulmasıdır. Belə olan halda Türk Dövlətləri Təşkilatı aradan qalxacaq, Türkiyənin Türküstandakı təsiri sıfırlanacaq, Orta Asiya birliyi yaradılacaq, Türkiyə kənarda saxlanılacaq, Azərbaycanla münasibətlər pisləşəcək, ölkəmiz sərvət dəhlizindən kənarlaşdırılacaq. Bütün bunlardan sonra Şimali Kipr Türk Respublikasını açıq şəkildə dəstəkləyən, Bakı qalasından Şimali Kipr Türk bayrağını asan, bir həftə ərzində Şimali Kipr Türk Respublikası Mədəniyyət Həftəsi təşkil edən Azərbaycanı unudacağıq?"
Cihat Yaycı Fələstin rəhbərliyinin mövqeyini də tənqid edib. O, 29 oktyabr 2026-cı ildə - Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümündə Fələstin dövlətinin başçısı Mahmud Abbasın Cənubi Kipr Rum Administrasiyasına səfər etməsinə diqqət çəkib:
"29 oktyabrda Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümündə Fələstin dövlətinin başçısı Mahmud Abbas Cənubi Kipr Rum Administrasiyasına səfər etdi. Belə səfərlərdə tarixlər heç vaxt təsadüfən seçilmir. Səfərin və dəvətin məhz 29 oktyabrda baş tutması Türkiyəyə verilən mesajdır. Fələstin dövlət başçısı Mahmud Abbasın görüşdüyü Cənubi Kipr Rum Administrasiyasının ən böyük dəstəkçisi kimdir? İsrail! Məgər onların arasında ittifaq yoxdur? Müdafiə ittifaqı mövcuddur. Cənubi Kipr Rum Administrasiyası, Yunanıstan və İsrail birgə müdafiə ittifaqı yaratmayıblarmı?
Bəs, qardaşım, Fələstinə ən böyük dəstəyi verən Türkiyə deyilmi? Mahmud Abbasa etiraz etmək üçün niyə Fələstin səfirliyinin qarşısına gedib qara çələng qoymursunuz, bütün diqqəti Azərbaycana yönəldirsiniz? İsrailin ən böyük tərəfdarlarından olan Cənubi Kipr Rum Administrasiyasına səfər edən, Şimali Kipr Türk Cümhuriyyətini tanımaq istəməyən, Türkiyəni "işğalçı" kimi təqdim edənlərə - istər birbaşa, istərsə də dolayısı ilə, istər səfirləri, istərsə də özləri vasitəsilə - heç bir reaksiya vermirsiniz. Amma gəlib Azərbaycana qarşı sərt mövqe sərgiləyirsiniz" .
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
02.11.2026 490 Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi
Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala
18:15 106 Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi iradəsinin və dövlətçilik əzminin təntənəsi
Azərbaycan tarixinin ən şanlı və taleyüklü səhifələrindən biri olan 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və gələcəyə yönəlmiş strateji hədəflərində xüsusi yer tutur. Bu iki əlamətdar gün təkcə hərbi qələbənin və tarixi şəhərin azad edilməsini
17:18 140 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
13:58 370 Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var
Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları
02.11.2026 394 Tehran Avropadakı ABŞ hərbi obyektlərini hədəfə ala bilər
Vaşinqton İrana qarşı hücumları bərpa edəcəyi təqdirdə, Tehran Avropadakı ABŞ hərbi bazalarına zərbə endirəcəyi ilə hədələyib. xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. Məlumata görə, İranın mümkün hədəfləri arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyada yerləşə
10:40 235 "Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi
Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay
18:30 97 Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
11:25 246 Bakıda ŞOK: qadın tiktokun canlısında öldü
Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib. -ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu ərazisində baş verib. 53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb. Məlumata görə, S.T. hadisə zamanı "Tiktok" sosial şəbəkəsində canlı yayımda xəmir yoğurub. Bu zaman o, qəfil ürəktutmadan vəfa
18:45 56