Gədəbəydə qətl törədən hərbçi ilə bağlı qərar verildi
Mayın 27-də Gədəbəyin Novosaratovka kəndi kafedə qətl törədən hərbçi barədə həbs-qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluğun Mətbuat katibi Firad Əliyev BiG.AZ-a bildirib ki, müddətdən artıq hərbi qulluqçusu Elpərəs İbrahimov barəsində Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib: "İstintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq. Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. E.İbrahimova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilib. Bundan başqa, istintaq zamanı, Teymurun qardaşı Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. S.Tapdıqova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilib. Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək".
Qeyd edək ki, hadisənin qadın üstündə yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 881 Tarix: 12 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Mən çoxlu insanın öldürülməsini istəmirəm, lakin məcbur qalsaq bunu edəcəyik. "Fox News"un xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, ABŞ-ın Venesueladakı əməliyyatını xatırladıb və Vaşinqtonun münaqişəni tez bitirə biləcəyini vurğulayıb. Tramp eyni məsələnin İrana da aid olduğun
20:15 133 Müğənnilərdən sevgi dolu duet - "Hardasan, sevgilim"
Müğənnilər Sevindik Oruc və Məryəm Uğur "Hardasan, sevgilim" adlı mahnını dinləyicilərə təqdim ediblər. xəbər verir ki, duet qısa zamanda musiqisevərlərin diqqətini cəlb edib. Mahnının adı və romantik ab-havası dinləyicilərə sevgi mövzusunda duyğusal anlar yaşadır. Sevindik Oruc və Məryəm Uğuru
11:36 278 Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük
Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn
20:00 187 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil
15:52 304 Polisə atəş açan hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə
22:00 1 Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək
Rusiya və Ukrayna təmsilçiləri Ağ Evdə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp şəxsən hər iki ölkənin nümayəndələrinin görüşündə rol oynayacaq. Məlumatda oktyabrın 29-da Aleşkidə elan edilən atəşkəsdən də söz açılıb və bunun ABŞ-ı
21:15 85 İlham Əliyev İliyana Yotovanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim
17:46 212 Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə
12:06 247 Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?
Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda
15:02 284