Azərbaycan XİN Paşinyana cavab verib
"Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında səsləndirdiyi, Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq qeyri-qanuni blokada tətbiq etməsinə dair cəfəng fikirləri qətiyyətlə rədd edirik".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
"Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməniəsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvafiq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
Görünən odur ki, Ermənistan tərəfi 2020-ci ildən sonra Laçın yolu vasitəsilə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətdən məhrum olduğu, habelə erməni sakinlərin məntəqədən keçid zamanı Azərbaycan tərəfindən göstərilən müsbət yanaşmadan narahat olduğu üçün bu kimi təxribatlara əl atmaqdadır. Ərazidə "humanitar böhran" olduğu barədə Ermənistan tərəfindən aparılan propaqandanın heç bir əsası yoxdur.
30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı "etnik təmizləmə" həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümunəsidir.
Azərbaycanın Qarabağ bölgəsinin yerli erməniəsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, erməniəsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.
Ermənistanın qeyd edilən məsələdən ənənəvi təcavüz siyasətinin bir elementi kimi manipulyasiya məqsədilə istifadəsi və sülh prosesinə maneçilik törətməsi qəbuledilməzdir.
Ermənistan tərəfindən səsləndirilən və Azərbaycanın suverenliyini hədəf alan bu tipli fikirlər, habelə bölgədə törədilən hərbi təxribatlar bu ölkənin "sülhün bərqərar olması üçün hər cür səy göstərən" tərəf olduğuna dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir", - deyə açıqlamada deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 765 Tarix: 22 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə onkoloji xəstələrə saxta dərman satan şəbəkə ifşa edildi
Türkiyədə istifadə müddəti bitmiş onkoloji dərmanların qablaşdırmasını dəyişdirərək onları ölkə daxilində və xaricdə satışa çıxaran şəbəkəyə qarşı eyni vaxtda 11 bölgədə genişmiqyaslı əməliyyat keçirilib. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürle
02.11.2026 344 Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ
02.11.2026 290 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
02.11.2026 379 Ailə dəyərləri, uşaqların təhlükəsizliyi və LGBT mövzusu: Cəmiyyəti düşündürən suallar
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda fərqli yanaşmaların ortaya çıxdığı mövzulardandır. Bu barədə danışarkən insanları təhqir etmək və ya qarşı tərəfi damğalamaq əvəzinə, məsələnin mahiyyətini araşdırmaq, hüquqi çərçivən
11:55 0 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
02.11.2026 263 "İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai
02.11.2026 555 100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"
02.11.2026 409 Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?
Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat
02.11.2026 365 Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy
02.11.2026 376