Rusiyada çevriliş cəhdi: Proses hara aparır? - TƏHLİL

Rusiyada çevriliş cəhdi: Proses hara aparır? - TƏHLİLRusiya-Ukrayna müharibəsinin Kremlin daxilində yaratdığı hərbi-siyasi çatlar "Vaqner" özəl hərbi şirkətinin çevriliş etmək cəhdləri ilə aydın şəkildə üzə çıxır.

"Vaqner"in rəhbəri Yevgeni Priqojin, onsuz da, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı qəzəbini gizlətməyib.

Ukraynadakı müharibədə Rusiyanın taktiki məğlubiyyətlərini kompensasiya edən "Vaqner" Priqojinə daha böyük səlahiyyət və vəzifə üçün yollar açmağa şərait yaratdı.

Qısası, yaranan vəziyyət Priqojini ruhlandırır, siyasi hakimiyyətə qarşı cəsarətləndirir. Onun Rusiya elitasındakı avtoriteti Rusiya Müdafiə Nazirliyində rəhbər dəyişikliyinə məcbur etmək üçün qiyama zəmin hazırlayan faktorlardan birinə çevrilib.

Kim bilir, bəlkə də, Priqojinin hakimiyyətdəki rəsmi təmsilçilik qazanmaq uğrundakı iddiaları daha böyük ambisiyalara dayanır, məsələn, ola bilsin ki, Priqojin ümumilikdə Rusiya Prezidenti Vladimir Putini devirib onun kreslosunda əyləşməyi özü üçün uyğun sayır.

Priqojin əsəbidir, necə deyərlər, gözünü qan tutub, onun Çeçenistan rəhbəri Ramzan Kadırovla da sarsıntılı münasibətləri mövcuddur, indi "Vaqner" rəhbəri silahlı üsyan etməklə mümkün hədəflərdən biri kimi Kadırovu qisas əməliyyatının qurbanı seçir.

Hələlik ordu ilə "Vaqner" arasındakı qarşıdurmanın əsl nəticələri qeyri-müəyyən olaraq qalır, Priqojinlə Müdafiə Nazirliyi hərəsi öz arşını ilə prosesləri istədikləri oxa doğru çəkməyə çalışır.

Baş verənlərin işığında Rusiyanın hərbi rəhbərliyinin, yoxsa "Vaqner"in Rusiyanın maraqları üçün şəri təcəssüm etdirdiyi haqqında aydın fikirlər yaranmır. Ancaq Putinin xalqa müraciətində keçmiş dostu Priqojinə xəyanətkar damğası vurması bir çox mətləblərin üstünü açır.

Putinin çıxışı zamanı əsəbiliyi, gərginliyi üz mimikalarından tutmuş səs tonunda, ümumilikdə ritorikasında aşkar şəkildə sezilirdi, hərçənd, hələ də dəqiq deyil ki, Priqojin Putinə qarşı müqavimət oxu yaradır, yoxsa əsas məqsədi Şoyqu-Gerasimov tandemini zərərsizləşdirməkdir.

Hər halda, Putin "Vaqner"in silahlarını Moskvaya tuşlamasını daxili təlatüm kimi qiymətləndirərək ona qarşı lazımi tədbirlər görüləcəyini açıqlayır.

Rusiyanın hakimiyyətdə rəsmi təmsilçilik hüququ olan hərbi-siyasi elitasında da parçalanma olduğu danılmazdır.

Hətta mümkündür ki, Rusiya ordusundakı bir qrup Priqojinə təlimatlar verərək onu yönləndirir və nəticə əldə edilərsə, idarəetmədəki bölgüdə ona müstəsna səlahiyyətlər tanıyacaq vədlər verir. Ordudakı bəzi birləşmələrin "Vaqner"in tərəfinə keçmək məlumatları həmin fikri gücləndirəcək xüsusiyyətlərə malikdir.
Putinin açıqlamasındakı notlar hakimiyyət daxilindəki çəkişən tərəflərdə "Vaqner"i dəstəkləyənlər üçün siqnaldır, görünür ki, Rusiya lideri rəqabətin ortasında öz kürsüsünü itirəcəyi həyəcanına qapılıb.

Rusiya hərbi-siyasi üfüqlərindəki faktiki vəziyyət vətəndaş müharibəsi təhlükəsi yaradan "dəlilik" əlamətlərini göstərir. "Dəlilik" Moskvanın Ukraynadakı maksimalist məqsədlərinə xələl gətirir, Kiyevin əks-hücum əməliyyatlarının sürətlənməsinə şərait yaradır, Rusiyanın cəbhə xəttindəki müdafiə qüvvələrini parçalayıb bölməyə zəmin verir.

İndi Putinin əlinə fürsət düşüb ki, hakimiyyət daxilindəki rəqiblərinə qarşı təmizləmə əməliyyatına başlasın, hakimiyyətini möhkəmləndirmək üçün yeni-yeni rıçaqlar əldə etsin və Rusiya xalqını vahid imperiya məqsədləri ətrafında toplamaq üçün fikirlərində inandırıcılıq gücünü artırsın.

Putin "Vaqner"i xəyanətkar kimi xarakterizə etdikdən sonra proseslərdən qalib çıxsa, ehtimal ki, Priqojinin Qərbin təlimatlarını yerinə yetirdiyi barədə tezislər hazırlanaraq dövriyyəyə salınacaq.

Hərçənd, Priqojinin qalibiyyət əmsalının çətin olacağını proqnozlaşdırmaq mümkündür, çünki Putin əlindəki səlahiyyətləri belə, aşaraq ən sərt üsullar tətbiq etmək əmrini verə biləcək şəxsdir.

Ancaq Kreml daxili çevrilişə "hamilə" buraxılmağa hazırlanır, Putinlə şəxsi əlaqələri sayəsində zənginləşən Priqojini Putin ələ keçirsə, bağışlamayacaq, çünki Rusiya lideri ən ağır cəzaları özünün xəyanətkar gördüyü şəxslərə qarşı kəsir.

Putin qələbə qazansa, "Vaqner"i söküb yenidən yığacaq, yox, əgər Priqojin hədəfinə çatsa, onunla sövdələşmədən qaçmayacaq.

Hadisələri Qərb diqqətlə və həssaslıqla izləyir, Rusiya daxilindəki çaxnaşmaların regional konfiqurasiyaya təsirlərini ölçür və elə bir ssenari hazırlayır ki, Kremldəki "atışma"lar Moskvanın regional ambisiyalarını söndürsün.

Priqojin Qərb üçün ələ düşən ən yaxşı fürsətdir, görünür ki, o, Rusiyadakı çevriliş cəhdini Moskva-NATO danışıqlarının predmetində özünün əlini gücləndirən faktor kimi nəzərdən keçirir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1294   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə

Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər

02.11.2026 366
.

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind

02.11.2026 324
.

Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında

"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind

02.11.2026 279
.

Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma

02.11.2026 369
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

02.11.2026 537
.

Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib

Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy

02.11.2026 354
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə

02.11.2026 253
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

02.11.2026 395
.

Tehran Avropadakı ABŞ hərbi obyektlərini hədəfə ala bilər

Vaşinqton İrana qarşı hücumları bərpa edəcəyi təqdirdə, Tehran Avropadakı ABŞ hərbi bazalarına zərbə endirəcəyi ilə hədələyib. xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. Məlumata görə, İranın mümkün hədəfləri arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyada yerləşə

10:40 0
.