Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında
"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelində yaranmış problemlərin təzahürüdür." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Polşada vəziyyət dövlət institutları ətrafında siyasi-hüquqi qarşıdurmanın dərinləşməsi ilə xarakterizə olunur. Fransada bahalaşma, sosial təminat və həyat səviyyəsi ilə bağlı narazılıqlar, Almaniyada isə iqtisadi çətinliklər və hökumətin siyasətinə etimadsızlıq etirazları gücləndirir.
Əslində, bu hadisələrin ortaq səbəbi Avropa siyasi elitaları ilə cəmiyyət arasında etimadın zəifləməsidir. İnsanlar artıq siyasi vədlər deyil, real iqtisadi rifah, təhlükəsizlik və sosial təminat tələb edirlər.
Digər tərəfdən, Ukrayna müharibəsi, enerji təhlükəsizliyi, miqrasiya problemi və qlobal rəqabət Avropanın onsuz da mürəkkəb olan vəziyyətini daha da ağırlaşdırır.
"Hesab edirəm ki, bu prosesləri Avropa İttifaqının dərhal dağılması kimi qiymətləndirmək düzgün deyil. Lakin Avropada ciddi sistem böhranının əlamətləri müşahidə olunur. Ayrı-ayrı ölkələrdə milli maraqların ön plana çıxması, siyasi qütbləşmə və ictimai narazılıqlar Avropa daxilində birliyi zəiflədir.
Burada diqqətçəkən əsas məqam odur ki, uzun illər dünyaya demokratiya və hüququn aliliyi dərsi keçən Avropa bu gün öz daxilində siyasi sabitliyi və ictimai etimadı qorumaq problemi ilə üzləşib.
Belə qənaətə gəlmək olar ki, Avropa üçün əsas təhlükə küçə etirazları deyil, cəmiyyətin mövcud siyasi sistemə inamını itirməsidir. Bu etimad bərpa olunmasa, bugünkü böhran daha dərin siyasi və institusional parçalanmaya gətirib çıxara bilər." - deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 121 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
14:21 128 Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib. Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvay
11:55 183 Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
10:35 284 Azərbaycanın gözü - Şuşa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində
14:46 105 Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi
13:14 207 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
12:55 189 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri
15:33 16 Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında
"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind
14:48 99 Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
10:17 245