Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür.
BAKU.WS-in məlumatına görə, artıq kompensasiya ödənilmiş evlərin böyük hissəsi sökülüb. Ödənişini hələ almayan mülkiyyətçilərin əmlakları üzrə isə kompensasiya prosesi başa çatdıqdan sonra növbəti mərhələdə söküntü işləri aparılacaq.
Məlumata görə, kompensasiya məbləğləri vətəndaşlara təxminən 3-4 ay əvvəl təqdim edilib və mülkiyyətçilərin əksəriyyəti təklif olunan şərtlərlə razılaşıb. Yaşayış sahəsinin hər kvadratmetri üçün 1200 manat, qeyri-yaşayış sahələri üçün 600 manat kompensasiya müəyyənləşdirilib. Bundan əlavə, hasarların hər metri 200 manat, şombaların hər biri isə 300 manat məbləğində qiymətləndirilib.
Kompensasiya hesablanarkən yalnız evin sahəsi deyil, torpaq ərazisindəki anbar, zirzəmi, ağaclar və digər əlavə tikililər də nəzərə alınıb. Evin ölçüsündən və ərazidəki tikililərdən asılı olaraq, bəzi mülkiyyətçilərə ümumilikdə 100 min manatdan artıq kompensasiya hesablanıb.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ADY tərəfindən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan dəmiryol layihələrinin icrası davam etdirilir:
"Dövlət Proqramı çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-Güzdək xətlərinin yenidən qurulması üzrə işlər aparılır.
Bakıxanov-Binə-Qala xətti ilə bağlı yol layihəsi üzrə işlər başa çatıb. Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə mülkiyyətçilərlə protokollar imzalanıb, 200-dən çox mülkiyyətçiyə kompensasiya ödənilib. Proses davam edir. Dövlət Proqramına əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası layihəsinin icra müddəti 2026-2028-ci illəri əhatə edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 166 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:
01.11.2026 356 İran əhalisinin 70 faizi nüvə doktrinasının dəyişdirilməsini istəyir
İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasına dəyişiklik edilməsini tələb edir. xəbər verir ki, bu barədə IRIB İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeinin açıqlamasına istinadən məlumat yayıb. Rzaei bildirib ki, İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsin
11:06 58 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 320 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
01.11.2026 245 Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə
01.11.2026 316 ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
01.11.2026 252 Tramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
01.11.2026 339 Ceyranbatan su anbarından meyit tapıldı
Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb. Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-c
10:55 95 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 460