Xüsusi Təyinatlı Qüvvələr: Ordumuzun şah damarı

Xüsusi Təyinatlı Qüvvələr: Ordumuzun şah damarıBu gün Azərbaycanın bütün sahələrində yüksək inkişaf və tərəqqi özünü göstərir. Bu sözləri Azərbaycan Ordusuna da şamil etmək olar. Belə ki, ordumuzda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Bu baxımdan ordumuzun əsas aparıcı qüvvələrindən sayılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin fəaliyyəti daha çox diqqətçəkəndir. Şübhəsiz, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. Yüksək döyüş təcrübəsinə malik olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 2016-cı ilin aprelində erməni faşistləri ilə döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edib.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri misli görünməmiş şücaət göstəriblər. Belə ki, Şuşanın erməni dığalarından təmizlənməsi onların adı ilə bağlıdır. Hətta xüsusi təyinatlıların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etmələri artıq dünya hərb tarixinə düşüb. Bir sözlə, hazırda onların döyüş təcrübəsi öyrənilməkdədir. Bu mənada Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ordumuzun şah damarı adlandırmaq olar.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışında bir daha onlardan söz açaraq deyib: "İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir".
Məlum olduğu kimi, Azərbaycan Ordusu öz döyüş qabiliyyətinə görə regionda lider olan hərbi gücdür. Beynəlxalq reytinq təşkilatlarının hesabatları da göstərir ki, Azərbaycan öz hərbi gücünə görə dünyanın bir çox dövlətini qabaqlayır. Təbii ki, bütün bunların səbəbi ordumuzun döyüş qabiliyyətinin artırılması üçün dövrün nəbzini tutmaqla həyata keçirilən tədbirlərdir.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını, bununla bağlı əlavə addımlar atıldığını vurğulayan dövlətimizin başçısı bu istiqamətdə kompleks tədbirlərin həyata keçirildiyini bəyan edib. O, həmçinin bildirib ki, bu məqsədə xüsusu təyinatlı qüvvələrin daha müasir silahlarla təmin olunur, onları say təkibi artırılır: "Bununla bərabər, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibi genişləndirilir, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır". Prezident qeyd edib ki, bu kimi addımlar ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.
Bütün bunlar o deməkdir ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz olunan, üstəlik yüksək vətənpərvərlik ruhuna malik Azərbaycan Ordusu göstərilən etimadı hər an doğrultmağa hazırdır.

Qvami Məhəbbətoğlu – araşdırmaçı jurnalist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1472   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə

Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər

02.11.2026 366
.

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind

02.11.2026 324
.

Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında

"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind

02.11.2026 279
.

Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma

02.11.2026 369
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

02.11.2026 537
.

Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib

Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy

02.11.2026 354
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə

02.11.2026 253
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

02.11.2026 395
.

Tehran Avropadakı ABŞ hərbi obyektlərini hədəfə ala bilər

Vaşinqton İrana qarşı hücumları bərpa edəcəyi təqdirdə, Tehran Avropadakı ABŞ hərbi bazalarına zərbə endirəcəyi ilə hədələyib. xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. Məlumata görə, İranın mümkün hədəfləri arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyada yerləşə

10:40 0
.