Azərbaycanlı alim ömürlük mükafata layiq görüldü

Azərbaycanlı alim ömürlük mükafata layiq görüldüDünya şöhrətli azərbaycanlı alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görülüb.

Bu barədə "Qafqazinfo"ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Fields İnstitutunun direktoru Prof. Dr. Kumar Murti adından azərbaycanlı alimə məktub ünvanlanıb.

Məktubda deyilir:

"Hörmətli professor Əfəndiyev!
Biz İnstitutun işində iştirakınıza ehtiram əlaməti olaraq sizi Fields İnstitutunun mükafatçılar qrupunda salamlamağa çox şadıq. Sizin tədqiqat nailiyyətləriniz və riyaziyyatçılar cəmiyyətinə xidmətiniz bizim toplum və ümumiyyətlə, bütün riyaziyyatçı alimlər üçün nümunə rolunu oynayır".

Qeyd edək ki, Fields İnstitutu "Fields İnstitute Fellows" adlandırılan ömürlük mükafatı 2002-ci ildə – öz 10 illik yubileyi çərçivəsində təsis edib. 2002-ci ildən etibarən hər il bu ömürlük mükafatlar Fields İnstitutuna və Kanadanın riyaziyyatçılar birliyinə böyük töhfələr verən görkəmli tədqiqatçı alimlərə verilir.

Məsud Əfəndiyev 2018-ci ildə Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun dəvəti ilə "Deans Distinguished Visiting Professor" statusunda bir semestr boyu (1 yanvar – 30 iyun 2018) Riyaziyyat fakültəsində riyazi biologiya üzrə mühazirələr oxuyub. Həmin müddət ərzində Toronto Universitetinin (UofT) ve Fields İnsitutunun "Thematic Program on Emerging Challenges in Mathematical Biology" birgə layihəsinə başçılıq edib. Bu ali məktəblər və elmi mərkəzlər, adətən, "Deans Distinguished Visiting Professor" statusunda olan Nobel və Fields mükafatı laureatlarını mühazirələr oxumağa dəvət edirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 709   Tarix: 28 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ

Bakıda 2, 10, 20 və 88A nömrəli marşrutların bəzi aralıq dayanacaq məntəqələrinin yeri dəyişdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dəyişiklik M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsi

15.08.2026 135
.

9 marşrutun hərəkəti dəyişdirildi

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirili

15.08.2026 178
.

Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb

Dünən vətəndaşlar tərəfindən qanunsuz saxlanılan bir avtomat silahı, altı tüfəng, iki patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməs

15.08.2026 122
.

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı

Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşını

15.08.2026 171
.

Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...

Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə

00:38 87
.

Məktəblər BU TARİXDƏ BAŞLAYACAQ - Rəsmən elan edildi

Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur. Bəs belə bir dəyişikli

15.08.2026 451
.

Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy

00:32 106
.

Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI

Toyların başlamasına sayılı günlər qalıb. Artıq şadlıq saraylarında yeni mövsümə son hazırlıq işləri aparılır. Ölkə.az xəbər verir ki, təxminən 2 aya yaxın müddətdir ki, toy mərasimlərinin keçirliməsində yaranan fasilə bir neçə gün sonra başa çatır. Bununla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi şadlı

00:34 95
.

Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edi

00:30 97
.

TOP MP3