Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub.
Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.

Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, müəllim və işçi heyəti, tələbələr, tərəfdaş şirkətlərin nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.

Tədbirin rəsmi açılışında çıxış edən ADA Universitetinin birinci prorektoru Qalib Məmməd ötən il həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verərək "Qonşuluq" təşəbbüsünə xüsusi diqqət çəkib. O, ötən il toplanmış vəsait hesabına Qala kəndində həyata keçirilən bu layihənin uşaqlara erkən yaşlardan mehriban qonşuluq dəyərlərini aşıladığını bildirib. Layihənin şagirdlərə yaşadıqları mühiti və təbiəti qorumağın vacibliyini öyrətdiyini, onlarda ekoloji və sosial məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini vurğulayıb.

Daha sonra çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu şirkətlər qrupunun uzun illərdir Azərbaycan universitetləri ilə əməkdaşlıq strategiyasını ardıcıl şəkildə həyata keçirdiyini qeyd edib. O, bu tərəfdaşlıqların həm universitetlər, həm də şirkətlər qrupu üçün qarşılıqlı fayda yaratdığını bildirib. ADA Universiteti ilə səmərəli əməkdaşlığın bugünkü tədbirdə də öz əksini tapdığını vurğulayan Aydın Veysəloğlu xeyriyyə məqsədi daşıyan bu təşəbbüsün nəcib məramına diqqət çəkərək hər kəsi fəal iştirak etməyə çağırıb.

Rəsmi hissədən sonra tədbir zəngin bədii proqramla davam edib. ADA Məktəbi, Q. Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, F. Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbi, həmçinin 24 və 33 nömrəli 11 illik Musiqi Məktəblərinin şagirdləri tərəfindən hazırlanan musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhval-ruhiyyəsi qatıb.

Həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllimi, beynəlxalq müsabiqələr qalibi və gənclər mükafatçısı, tarzən İbrahim Babayev öz rəngarəng çıxışları ilə qonaqlara xoş anlar bəxş edib.

Tədbir çərçivəsində ADA Məktəbi şagirdləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgisi və satışı təşkil olunub. Sərgi-satışdan toplanan vəsait təhsil yönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüs festivalın mənəvi dəyərini daha da artıraraq xeyirxahlıq ruhunu nümayiş etdirir.

ADA Məhsul Bayramı çərçivəsində, Heykəltəraşlıq Simpoziumunun yekunu olaraq, ADA məktəbində üç yeni heykəltəraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltəraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir.

Qeyd edək ki, keçən ilki "Məhsul bayramı" zamanı toplanmış 27,309 AZN məbləğində vəsait hesabına 4 vacib sosial layihə - "Tikiş Bacarıqlarından Peşəyə", "Sənətkarlıq Dərsləri", "Bir ADA-nın sirri", eləcə də 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin uşaqlarının birgə iştirakı ilə həyata keçirilən "Dostluq Körpüsü" layihəsi uğurla reallaşdırılıb. Ümumilikdə 600 nəfərin bəhrələndiyi bu təşəbbüslər uşaqların yaradıcılığını, sosial inteqrasiyasını, peşə bacarıqlarını və şəxsi inkişafını dəstəkləməklə yanaşı, müxtəlif sosial mühitlərdən olan uşaqlar arasında dostluq və əməkdaşlıq körpüsü yaradır.

Festivalın əsas və daimi tərəfdaşı olan Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan bizneslər - "Veysəloğlu Distribusiya", "Ulduz", "Araz" və "OBA" marketlər şəbəkələri, "Xonça", "Veysəloğlu-Rossmann", "Decoliv", "O to Go" və "Entree" - tədbirə yaxından dəstək göstəriblər. Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, həmçinin qeyri-qida malları satışa çıxarılıb.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilibVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 124   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi

01.11.2026 377
.

Bu gün Şuşa sürətlə dirçəlir

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda

11:52 142
.

Tramp: İranın şübhəli nüvə obyektinə zərbə endirilə bilər

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkün olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Amerika liderinin sözlərinə görə, AB

10:55 161
.

Şəhər Günün mübarək, əziz Şuşa!

Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs

11:50 141
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

01.11.2026 393
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə

12:16 120
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

01.11.2026 340
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 347
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 344
.

Son Xəbərlər