Fransada iğtişaşlara səbəb olan polis qəddarlığının təfərrüatı məlum olub
Fransada əlcəzairəsilli 17 yaşlı sürücü Nahel Merzukun Nanterdə polis zabiti tərəfindən odlu silahdan açılan atəşlə öldürüldüyü zaman həmin avtomobildə olan digər gənc oğlan həqiqəti üzə çıxarmaq üçün danışıb.
Bu barədə "Report" "Sky News"a istinadən xəbər verir.
O, bildirib ki, bu qətllə bağlı sosial mediada çoxlu yalanlar var, halbuki polis 17 yaşlı sürücünü əvvəlcə ölümlə hədələyib.
Qətl zamanı Nahelin avtomobilində olan gənc "hekayəni A-dan Z-yə danışmaq" istədiyini söyləyərək, Nanter ətrafında sürmək üçün avtomobil icarələdiklərini bildirib: "Biz spirt və ya narkotikin təsiri altında deyildik".
Yeniyetmələr avtobus zolağında hərəkətdə olarkən polis motosikletlərinin sayrışan işıqlarla onların arxasınca getdiyini görüb maşını saxlayıblar. Daha sonra zabit maşının pəncərəsinə yaxınlaşaraq Nahelə pəncərənin şüşəsini aşağı salmağı tapşırıb və o, "mühərriki dayandır, yoxsa atəş açacam", - deyib.
Gənc iddia edir ki, zabit daha sonra Nahelə tapançanın qundağı ilə zərbə endirib, ikinci polis gələndə o da silahının qundağı ilə əlcəzairəsilli gəncə də zərbə endirib.
"Yerindən tərpənmə, yoxsa sənin başına güllə vuraram", - deyə birinci polis Nahelin başına silah dayayıb.
Gənc iddia edib ki, digər polis zabiti "onu vur" deyib.
Şahidin sözlərinə görə, birinci zabit tapançasının qundağı ilə Naheli yenidən vuraraq, ayağını avtomobilin əyləcindən çəkməyə məcbur edib, amma əksinə, maşının irəli getməsinə səbəb olub. Bundan sonra ikinci zabit silahı ilə sürücüyə atəş açıb, ona görə də Nahel ayağını qaz əyləcinə basıb.
"Onun necə ağrıdığını, titrədiyini gördüm. Mən qorxdum, maşından düşüb, qaçdım. Düşündüm ki, məni də güllələyə bilərlər. Ona görə də qaçdım", - oğlan bildirib.
Nanterin prokuroru Paskal Praş isə iddia edib ki, polis yeniyetməni saxlamağa çalışıb, çünki o, çox gənc görünür və avtobus zolağında Polşa dövlət nömrə nişanlı "Mercedes"i idarə edib. Yeniyetmə sürücü yolu işıforun qırmızı işığında keçib və sonra tıxacda qalıb. Prokurorun sözlərinə görə, zabit Nahel ərazidən uzaqlaşmaq istəyərkən özünü, həmkarını və digər insanları avtomobil vura biləcəyindən qorxaraq hərəkət etdiyini bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 919 Tarix: 02 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870