Qadın müğənnini döyən meyxanaçıya bu cəza verildi

Qadın müğənnini döyən meyxanaçıya bu cəza verildiAbşeron Rayon Məhkəməsində bir neçə ay əvvəl Masazırdakı "Qəbələ" restoranında xanım müğənnini döyən meyxanaçı Qalib Xocalıya hökm oxunub.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, meyxanaçı Cinayət Məcəlləsinin 127 və 221-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə təqsirləndirilib.

Bildirilib ki, 1991-ci il təvəllüdlü Qalib Xocalı hadisədən bir neçə ay əvvəl müğənni, 1984-cü il təvəllüdlü Aynur Həsənli (ad və soyad şərtidir) ilə məclisdə tanış olub. Lakin daha sonra onların arasındakı münasibət soyuqlaşıb. Hadisə baş verən gün isə Qalib Xocalı tanışı ilə "Qəbələ" restoranına gedib. Aynur Həsənli isə həmin vaxt restoranda müğənni kimi çıxış edirmiş. O, mahnı oxuyub masa kənarına gələrkən əyləşmiş şəxslərə, eləcə də Qalib Xocalıya salam verib. Lakin Qalib Xocalı onun salamını almayıb və aralarında mübahisə yaranıb. Buna əsəbiləşən Qalib Xocalı masadan qalxaraq Aynura zərbə endirib. Nəticədə müğənni burun sümüyünün yerdəyişən sınığı, sağ göz orbitasının və sol mil-bilək oynağı nahiyəsinin qançırları xəsarətləri alıb.

Hadisə vaxtı döyülən müğənni masadakı qəndqabını meyxanaçıya atsa da, həmin əşya Qalibə dəyməyib.

Ekspertizanın nəticələri açıqlanandan sonra meyxanaçıya cinayət işi açılıb. İşin materialları daha sonra Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə meyxanaçı ilk dəfə cinayət törətdiyini, Vətən müharibəsində iştirak etdiyini, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" və "Şuqovşanın azad olunmasına görə" medalları ilə təltif edildiyini deyərək yüngül cəzaya məhkum edilməsini xahiş edib.

Müğənni də meyxanaçını bağışladığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə meyxanaçıya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qalib Xocalının üzərinə elektron qolbaq taxılıb.

Onun yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməsi qadağan edilib, həmçinin üzərinə digər inzibati öhdəliklər qoyulub.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1372   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.