"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı

"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdıİyulun 3-də başlanan və beş gün davam edən Şəki "İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş mahnı və rəqs ansambllarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar festival günlərində Ümummilli Liderin xatirəsinə həsr olunan konsert proqramları təqdim edilib.

İyulun 7-də günorta saatlarında tamaşaçılara Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti təqdim olunub, "Yuxarı Karvansaray"da Şəkinin "Zirvə" Folklor Ansamblının konserti olub. Həmin gün axşam "Marxal" kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.

Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki "İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə minnətdarlığını bildirib.

Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevə festivalın simvolu təqdim edilib.

Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim olunub.

"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı"İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı başa çatdı


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 655   Tarix: 08 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Nilay" "Kızılcık şerbeti"ndən gedir

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Ekran işinə aktrisa Feyza Civelek vida edəcək. Maraqlı məqamlardan biri də bununla bağlı xəbər yayıldıqdan sonra aktrisa instaqram hesabını tamamilə bağlayıb. Qeyd edək ki, 5-ci mövsümünün yayımlanması gözlənilən serialın baş rolun

02.08.2026 532
.

Rəşad Dağlı azadlığa çıxır? - VİDEO

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. xəbər verir ki, o, hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamalarının tam başa düşülmədiyini deyərək qeyd edib ki, Əfv Məsələlər

08.08.2026 403
.

Doğuş Xoşqədəmin qısqanclığından DANIŞDI

Müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının qısqanclığı ilə bağlı zarafat edib. Sənətçi canlı yayım zamanı bu barədə danışıb. Doğuş bildirib ki, Xoşqədəm ona tez-tez görüntülü zəng edir:. "Yatıram, yatıram, birdən görüntülü zəng edib deyir ki, "Mənə Kütahyanı göstər"

08.08.2026 513
.

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

1996-cı ildə Las-Veqasda amerikalı reper Tupak Şakurun qətlindən təxminən 30 il sonra cinayəti planlaşdırmaqda ittiham olunan keçmiş dəstə lideri Dueyn "Keffi Di" Devisin məhkəməsi başlayıb. "Qafqazinfo" xəbər verir ki, 63 yaşlı Devis Şakurun ölümü ilə bağlı ona qarşı irəli sürülə

11.08.2026 406
.

Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - Video

Xalq artisti Brilliant Dadaşova oğlu Cahadın ad gününü bağ evində qeyd edib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. B.Dadaşova oğlu ilə doğum günü tortu ətrafında əyləncəli anlar yaşayıb

11.08.2026 394
.

Rəqsanənin I Elizabet obrazı

Rəqsanə İsmayılovanın yeni fotoları sosial mediada müzakirə edilib. OLAY yazır ki, Kraliça I Elizabetdən ilhamlanan obrazını paylaşan müğənninin tarixi estetikanı müasir səhnə dili ilə birləşdirən bu fərqli görünüşü izləyicilərin diqqətini çəkib. Onun "Aycan Aycan" adlı mahnı üçün kamera qarşısın

08.08.2026 310
.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14.08.2026 391
.

Türkan Şoray yenidən Bakıya gələcək

Türkiyəli məşhur aktrisa Türkan Şoray yenidən Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisa oktyabrın 25-də Bakıda olacağını açıqlayıb. Qeyd edək ki, Türkan Şoray bundan əvvəl bir neçə dəfə şəhərin qonağı olub

09.08.2026 388
.

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Xalq artisti Nəzakət Teymurova qızı və tanınmış aparıcı Ceyran Rəhimova ilə birlikdə Yunanıstana gedib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Santorinidə dincəldikləri anlara dair fotolar paylaşan xanəndə "Tarixi yerləri görməyə dəyər"

13.08.2026 378
.

TOP MP3