FHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

FHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEOFövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib.

19:06

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb.

Bu barədə FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

18:26

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb:

"Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

16:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik relyefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.

Əlavə məlumat veriləcək.

FHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEOFHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEOFHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEOFHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO16:05

"Bələdiyyə torpağında baş vermiş yanğın küləyin təsiri ilə meşə ərazisinə keçib".

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Xızı rayonunun Tıxlı kəndində baş verən yanğına münasibət bildirərkən deyib.

O qeyd edib ki, yanğının söndürülməsi prosesində müvafiq qurumlarla yanaşı, yerli sakinlər də yaxından iştirak edirlər:
"Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində tədbirlər görürlər. Yanğının söndürülməsində yerli əhali də yaxından iştirak edir".

İ.İbrahimova həmçinin yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

15:47

Xızı rayon Tıxlı kəndində yanğın başlayıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Hazırda yanğın davam edir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1140   Tarix: 08 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşa şəhəri Qarabağın tacıdır

Qarbağın taşı olan Şuşa şəhəri düz altı il əvvəl - 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitind

11:43 191
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib

11:59 217
.

Bu gün Şuşa sürətlə dirçəlir

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda

11:52 206
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca

12:50 209
.

Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir

18:30 1
.

Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm

16:54 150
.

Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"

14:58 188
.

"İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai

16:29 198
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

12:32 256
.