Pentaqon elan etdi: ABŞ Ukraynaya istifadəsi qadağan olan sursatlar verəcək
"Vaşinqton Ukraynaya kasetli sursatlar verəcək".
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Sallivanın sözlərinə görə, ABŞ Ukraynaya indiyədək bu cür sursatların verilməsi qərarını təxirə salıb, belə ki, onlardan istifadə mülki əhali üçün risk daşıyır. Ağ Ev sözçüsü bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu sursatlardan öz ərazisində istifadə edəcək və öz əhalisi üçün riskləri minimuma endirəcək.
"Ukraynaya kaset sursatlarının tədarükü ABŞ-də artilleriya mərmilərinin istehsalının artırılması dövründə müvəqqəti variant olacaq", - deyə Sallivan əlavə edib.
Bundan əlavə, onun sözlərinə görə, Kiyev Vaşinqtona yazılı təminat verib ki, bu cür sursatlardan ehtiyatla istifadə edəcək.
Eyni zamanda Sallivan qeyd edib ki, kasetli sursatların yeni hərbi yardım paketinə daxil olub-olmayacağı ilə bağlı rəsmi açıqlama Pentaqon tərəfindən veriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Amerika KİV-də, o cümlədən "The New York Times" nəşrində məlumatlı mənbələrə istinadən ABŞ-nin Ukraynaya kaset sursatlarının tədarükünü elan etmək niyyətində olduğu barədə xəbərlər yayılmışdı.
Eyni zamanda Pentaqon Ukraynaya 800 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.
Vaşinqton yeni hərbi yardımın bir hissəsi olaraq Kiyevə "Bradley" piyada döyüş maşınları, "Stryker" zirehli transportyor, "HIMARS" və "Patriot" sistemləri üçün döyüş sursatları tədarük edəcək.
"800 milyon dollarlıq yeni yardım paketinə 155 mm-lik artilleriya mərmiləri, həmçinin kaset sursatları da daxil olacaq", - deyə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol brifinqdə məlumat verib.
Məlumata görə, yardım paketinə "Patriot" zenit-raket kompleksi üçün əlavə sursat, hava hücumundan müdafiə üçün AIM-7 raketləri, "Stinger" zenit sistemləri, yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları, 31 155 mm haubitsa, 155 mm və 105 mm kalibrli artilleriya mərmilər, 32 BMP "Bradley", 32 "Stryker", minatəmizləmə avadanlıqları, "Javelin" və digər tank əleyhinə sistemlər və raketlər, dəqiq idarə olunan aviasiya sursatları, optik izləmə sisteminə malik raketlər, "Penguin" pilotsuz uçuş aparatları, avadanlıqların evakuasiyası üçün 27 taktiki maşın, avadanlıqların çəkilməsi və daşınması üçün 10 taktiki avtomobil, partlayıcı sursatlar və maneələrdən yayınma sistemləri, atıcı silahlar və 28 milyondan çox atıcı silah patronları və qumbaraatanları, ehtiyat hissələri və digər sahə avadanlıqları daxildir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 419 Tarix: 09 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789