Ermənilərə Azərbaycan pasportu nə vaxt veriləcək? - Tarix açıqlandı
Rəsmi Bakı Qarabağda yaşayan erməni sakinlərə Azərbaycan vətəndaşlığı verməyə hazırdır. Bunun üçün əsas tələb separatçıların silahı yerə qoyaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmasıdır. Bakının irəli sürdüyü tələb ermənilər arasında fikir ayrılığı yaradıb. Sıravi ermənilər hazırkı acınacaqlı vəziyyətdən yeganə xilas yolunun Azərbaycanın tabeliyində yaşamaq olduğunu dərk edirlər. Doğrudur, bəziləri separatçıların ölüm təhdidləri fonunda bunu dilə gətirməyə çəkinirlər. Lakin onu da bildirək ki, sosial şəbəkələrin erməni seqmentində aparılan müşahidələr Qarabağda yaşayan sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməyə yaxın olduğunu göstərir.
Bəs Qarabağda yaşayan ermənilərə nə vaxt Azərbaycan pasportu veriləcək?
Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb.
"Dəfələrlə vətəndaşlıq mövzusuna toxunmuşuq. Bununla bağlı Prezident İlham Əliyevin mövqeyi və yanaşması var. Yanaşma bundan ibarətdir ki, ya ermənilər reinteqrasiya olunmalı, ya da Qarabağdan getməlidir. Yəni ermənilərin başqa bir variantı yoxdur. Biz görürük ki, Qarabağda yeni səngərlər qazılır, təxribatlar törədilir",- deyə o bildirib.
C.Məmmədovun fikrincə, cari ilin sonuna qədər bu məsələ yekunlaşacaq: "Təxribatlar Azərbaycanın mövqeyinə təsir göstərə bilməz. Hətta bildiyimiz kimi Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın ümidlərini növbəti dəfə puç etdi. Artıq bütün dünya bəyan edir ki, Ermənistan Qarabağın Azərbaycanın ərazisi olmasını anlamalıdır. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Hazırda bu istiqamətdə işlər aparılır, avtomobil və dəmir yolları çəkilir. Ermənilərlə bağlı bütün dövlət qurumlarının planları var. Mən düşünürəm ki, bu proses çox uzun çəkməyəcək. Hətta 2023-cü ilin sonuna qədər məsələnin həll olunacağın düşünürəm. Azərbaycan reinteqrasiya məsələsinin yekunlaşması üçün qərarlar qəbul edəcək. Biz bu proseslərin belə formada həllini gözləmək niyyətində deyilik. Azərbaycanın reinteqrasiya məsələsinin yekunlaşması üçün konkret hədəfləri var".
Deputat Fazil Mustafa is düşünür ki, hazırda ermənilərə Azərbaycan pasportu verilməsi gözlənilmir. O, fikirlərini belə əsaslandırıb:
"Çünki inteqrasiyanın şərtləri dəqiqləşdirilməlidir. Hər hansı bir şəkildə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlı istəkləri ortaya qoyulmalıdır. Onlar isə hələ ki revanşizm və terrorçuluqla məşğuldur. Bizim də bu istiqamətdə çağırışlarımız var. Doğrudur, onlar Laçın sərhəd-keçid məntəqəsindən gəlib gedirlər, ancaq bu, ermənilərin Azərbaycanın tabeliyinə keçdiyi mənasına gəlmir. Bu məsələ kökündən həll olunmalıdır, daha sonra Azərbaycan pasportu verilə bilər. Ölkəmiz yəqin ki, şərtləri bir az da sərtləşdirəcək. Bütün hallarda Azərbaycana qarşı olan addımlar dəyişməlidir, belə olmasa ciddi problemlər yaşayacaqlar", – deyə parlamentari vurğulayıb.//Modern
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 09 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789