Elnur Məmmədli: "Olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı gördüm"

Elnur Məmmədli: "Olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı gördüm""2008-ci ildə olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı, ölkə Prezidentinin mənə medalı verdiyini və təbrik etdiyini gördüm. Səhər oyanan kimi təbaşirlə otağımdakı lövhəyə yazdım ki, olimpiya çempionu olacağam".

Bunu 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

35 yaşlı sabiq cüdoçu 15 il əvvəl qazandığı nailiyyəti bu cür xatırlayıb:

"Həmin gün digər idmançılarla, müxtəlif idman növlərindən olan dostlarımla danışdım, onlara çempion olacağımı dedim. Bunu reallaşdıranda da hamı şoka düşdü. Yay Olimpiya Oyunlarında yarışmaq həyatımın böyük fürsəti idi, bunu əldən vermək istəmirdim. Dəqiq bilirdim ki, bu imkanı qaçırmayacağam. Dünya reytinqində də bir nömrə idim".

O, olimpiya çempionluğunda ən böyük pay sahibinin anası olduğunu söyləyib:

"Anamın sayəsində olimpiya çempionu oldum. O, məni həmişə ruhlandırıb, bu titula motivasiya edib. 1992-ci ildə Nazim Hüseynov Azərbaycanın ilk olimpiya çempionu olsa da, MDB bayrağı altında idi. Anam dedi ki, müstəqil Azərbaycanda bunu birinci mən qazanacağam. 2004-cü ilə qədər cüdoda olimpiadanın medalı yox idi. 2008-ci il avqustun 11-də qalib gələndə, müstəqil Azərbaycanda bunu reallaşdıran ilk cüdoçu oldum. Bu, xüsusi idi".

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Pekindəki yarışda əldə etdiyi qızıl medalın onu yaxşıya doğru dəyişdiyini vurğulayıb:
"Küçədə, hər yerdə hamı məni və adımı tanıyırdı. Yanımdan keçəndə hər kəs baş barmağını yuxarı qaldırırdı. Nailiyyətim sayəsində yeni uşaqlar cüdo ilə məşğul olmağa başladılar, bu idman növü daha da populyarlaşdı. Həmin medalın sayəsində cüdodan çörəkpulu qazana bilirəm. Həyatım daha rahat oldu, bunun üçün çox çalışdım. Prezidentimiz də məni tanıdı. Oyunlardan sonra Prezidentimizin təyin etdiyi şəxsi təyyarə ilə Bakıya qayıtdım. Bunlar inanılmaz xatirələrdir".

E.Məmmədli olimpiya çempionluğunu ömürlük fəxr adlandırıb:

"Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım. Hər bir əsgər general olmaq istəyir. Hər bir cüdoçu olimpiya çempionluğunu arzulayır. Başqaları hadisələrdən danışanda, heç kimin vecinə deyil ki, hansı ildə qalib oldun. Bir dəfə Yay Olimpiya Oyunlarını qazansan, ömrün boyunca çempionsan. Bu gün cüdo 200-dən çox ölkədə tətbiq olunan ən populyar idman növlərindən biridir. Bunun bir hissəsi olmaqdan qürur duyuram".

İkiqat Avropa çempionu hələ uşaq yaşlarından həmişə böyük uğurlar barədə düşündüyünü sözlərinə əlavə edib:

"Kiçik yaşlarımdan həmişə çempion olmaq istəmişəm. Cüdo getdikcə populyarlaşırdı və mən də döyüşmək istəyirdim. Cüdonun görünüşü xoşuma gəlirdi. Səviyyəsindən asılı olmayaraq, kiçik və ya böyük yarışların hamısında həmişə birinci olmaq istəmişəm. Cüdoya böyük həvəsim var idi və dojo (cüdo məşq zalı) ikinci ev kimi idi. Yeddi yaşımda Bakıda yerli klubda məşqlərə başlayanda, bəlkə də, bəziləri uğur qazanacağıma şübhə edirdi. Amma mən heç vaxt şübhə ilə yanaşmadım".

Qeyd edək ki, Elnur Məmmədli 2013-cü ildə zədə səbəbindən karyerasını başa vurub./oxu.az


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1307   Tarix: 11 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Qarabağ" "Tvente" ilə həlledici oyuna çıxır

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas

27.08.2026 261
.

Azərbaycan UEFA reytinqində neçəncidir?

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ

28.08.2026 284
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12.09.2026 193
.

"Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə BİG.AZ-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyl

18.09.2026 177
.

"Turan" voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb

"Turan" voleybol komandası 2026/2027 mövsümü üçün məşqçilər heyətinin formalaşdırılmasını tamamlayıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Komandanın baş məşqçisi Ziya Rəcəbovun rəhbərliyi altında yeni mövsümdə məşqçilər korpusunda beş mütəxəssis ye

29.08.2026 262
.

Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı

Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun

06.09.2026 222
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14.09.2026 202
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

12.09.2026 124
.

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans

09.09.2026 307
.