Azərbaycanda karantin sərtləşdirilə bilərmi? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda karantin sərtləşdirilə bilərmi? - RƏSMİ AÇIQLAMABu ilin fevral ayında ilk dəfə aşkarlanmış koronavirusun omikron ştamının yeni alt tipi EG.5 ÜST tərəfindən maraq kəsb edən variant kimi dəyərləndirilib. Hazırda bu statusda olan daha iki variantdan XBB.1.5-in yayılma sayı azalmaqda, digəri isə XBB.1.16-nın səviyyəsi stabil qalmaqdadır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, dünya əhalisinin əksər hissəsinin peyvənd olunması və infeksiyanın keçirməsi nəticəsində yaranan immunitet bu və ya digər dərəcədə onları qoruyur:

"Virusun yeni ştamlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır. Bu da təbii bir prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştam əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir. Omikronun EG.5 variantına maraq məhz son dövrdə bu ştam ilə yoluxma hallarının sayında olan artımlardır. Belə hal hələ ki, əsasən ABŞ, Avropada və Sakit Okeanın qərb hissəsində müşahidə olunur. ÜST rəsmiləri tərəfindən bu tendensiyanın davam edəcəyi və payızda pik həddinə çatacağı və onun dominant ştama çevriləcəyi proqnozlaşdırılır. Bununla yanaşı bildirilir ki, ümumi təhlükə səviyyəsi kiçikdir. Belə ki, bəzi ölkələrdə koronavirus səbəbindən hospitalizasiya hallarında cüzi artımlar olsa da, intensiv terapiya bölmələrində belə artımlar qeyd olunmur.

Həmçinin COVID-19-dan ölüm halları azalmaqda davam edir. Beləliklə, yeni ştamın daha ağır xəstəliyə səbəb olmasının heç bir sübutu yoxdur. Daha geniş miqyaslı tədqiqatlarda EG.5 ştamının klinik nəticələrə təsirini öyrənmək tələb olunur. ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda insanların maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə 4-cü buster doza ilə vaksin olunması məqsədəuyğundur.

Lakin xüsusi, daha sərt karantin tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Onu da qeyd edək ki, Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyatlı dövlət qurumlarının daim diqqət mərkəzindədir. Ölkəmizdəki mövcud testlər koronavirusu növündən asılı olmayaraq aşkarlamağa imkan verir. Operativ Qərargahın statistik məlumatlarına əsasən, hazırda epidemioloji vəziyyət stabil qalmaqdadır, infeksiyanın yayılma səviyyəsi çox aşağıdır"./BAKU.WS


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1516   Tarix: 14 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?

ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli

00:15 334
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

16:20 0
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu - Foto\Video

Bakının Nizami rayonunda baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı hücuma məruz qalıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmu

12:59 88
.

Şəkidə ağır qəzada sürücü hadisə yerində öldü, xəsarət alanlar var

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayo

10:58 159
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

13:30 0
.

"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video

Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin

10:55 154
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

12:51 103
.

Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat

10:30 161
.

31 yaşlı diş həkimi vəfat etdi - FOTO

Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond

00:25 452
.