Azərbaycan MN: "Qanunsuz erməni silahlıları ərazidə səngərlər qazır, minalar basdırır" - VİDEO

Azərbaycan MN: "Qanunsuz erməni silahlıları ərazidə səngərlər qazır, minalar basdırır" - VİDEO"Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur".

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.

"Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.

Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur.

Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək" – deyə qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 14 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Trampdan ŞOK XƏBƏRDARLIQ: "Artıq qərar verdim, bombalayacağıq"

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə aparılan danışıqlar real nəticə verməyəcəyi təqdirdə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Bu barədə yüksək rütbəli amerikalı rəsmiyə istinadən "Axios" nəşri məlumat yayıb. xəbər verir ki, adının açıqlanmasını istəməyən rəsm

21:15 117
.

Ukrayna dronları 9 May paradında Moskvada olacaq - Zelenski

Uzun illərdən sonra ilk dəfə olaraq Moskvadakı parad hərbi texnikasız keçiriləcək və bu, Vladimir Putin rəhbərliyindəki Rusiyanın əvvəlki qədər güclü olmadığını nümayiş etdirir. xəbər verir ki, Zelenski bu barədə İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin açılış mərasimində çıxışı zaman

21:30 109
.

Yağış, dolu, qar... - Xəbərdarlıq

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan

17:05 302
.

WUF13-ə görə bu yollarda avtobus zolaqları olacaq - Siyahı

WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində avtobuslar üçün müvəqqəti hərəkət zolaqları təşkil ediləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Həmin ərazilər aşağıdakılardır: . - Heydər Əliyev prospekti - Aeropor

17:22 203
.

Pensiya yaşı azaldılır? - MÜHÜM AÇIQLAMA

Pensiya yaşı ən yüksək olan MDB ölkələri sırasında Azərbaycanın da adı yer alır. Bu səbəbdən sosial şəbəkələrdə pensiya yaşının azaldılması ilə bağlı müzakirə gedir. Xüsusilə iş tapmaqda çətinlik çəkən, sağlamlıq problemləri ilə üzləşən vətəndaşlar pensiya yaşının azaldılmasının zəruriliyini qeyd edirlər

21:45 98
.

Uşaqlıqda valideyn diqqətindən məhrum olmusunuzsa... sizdə bu problemlər ola bilər

Psixoloqlar bir daha vurğulayırlar ki, insanın psixi vəziyyəti əsasən uşaqlıqda yaşadıqlarının nəticəsidir. Uşaqlıq illərində valideyn diqqətinin yetərsiz olması, ilk baxışda göründüyündən daha uzun müddət insanın həyatına təsir edir. xarici mediaya istinadən xəbər verir ki, valideyn diqqəti sağlam özünəqiymə

20:00 144
.

Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətklər Məhkəməsində 44 yaşlı məşqçinin təqsirləndirildiyi proses başa çatıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olara

17:56 210
.

Qızıl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,59% azalaraq 4 617,1 ABŞ dollarına bərabər olub. COMEX-d

20:15 155
.

"Ermənistana 28 min ton yük çatdırılıb" - Prezident

"Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib. İlk dəfə olaraq Ermənistana neft məhsullarımızı

14:05 193
.

TOP MP3