Beynəlxalq hüquq üzrə ekspert Rodni Dikson: "Okamponun emosional hesabatı kökündən yanlışdır"

Beynəlxalq hüquq üzrə ekspert Rodni Dikson: "Okamponun emosional hesabatı kökündən yanlışdır"Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Ocamponun 7 avqust 2023-cü il tarixli ekspert rəyində irəli sürülən iddialar əsassız və tamamilə etibarsızdır.

"Report" "Temple Garden Chambers" saytına istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, "Temple Garden Chambers" hüquq firmasının müşaviri Rodni Dikson bildirib.

Qeyd olunur ki, Azərbaycan müstəqil ekspert kimi M.Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi xahişi ilə R.Diksona müraciət edib:

"Mənim tam qiymətləndirməm yaxın vaxtlarda dərc olunacaq. Məsələyə dair tam qiymətləndirməm tezliklə dərc olunacaq. Bununla belə, beynəlxalq hüquqda heç bir möhkəm əsası olmayan təxribat xarakterli belə iddiaların Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olmasına və bölgədə gərginliyi qızışdırmasına yol verilməməsi əhəmiyyət kəsb edir".

Qeyd edilir ki, Okamponun hesabatı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir: "Hazırda Qarabağda soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükəli bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməməlidir. Rəydə aşağıda vurğuladığım müəyyən əsas çatışmazlıqlar mövcuddur".

R.Diksonun rəyində vurğulanır ki, Okamponun 30 iyul 2023-cü il tarixində X platformasında (əvvəllər "Twitter" kimi tanınan) açıqladığı kimi, onun rəyi "Artsax Prezidenti" kimi istinad etdiyi şəxsin müraciəti əsasında hazırlanıb: "O, Qarabağdakı etnik erməni separatçı qurumun qondarma rəhbəridir. Həmin qurumun 1990-cı illərdə Ermənistanın dəstəyi ilə hərbi güclə qanunsuz yaradılması yüz minlərlə azərbaycanlının qovulması nəticəsində baş verib. Onilliklər ərzində qurum beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunsa da, Ermənistan hökumətinin dəstəyi sayəsində mövcudluğunu qoruyub. Lakin 2020-ci ildə Azərbaycan 44 günlük müharibədən sonra sözügedən ərazinin bir hissəsini geri qaytarıb. O zamandan etibarən Ermənistan hökuməti beynəlxalq hüquqa uyğun olaraq, Qarabağın həqiqətən də Azərbaycan olduğunu açıq şəkildə tanıyıb. Beləliklə, qeyri-qanuni "Artsax" qurumu öz himayədarını itirib. Okampo kimi beynəlxalq hüquq müdafiəçisinin bu zəifləmiş administrasiyanın Ermənistan siyasətində itirilmiş mövqelərini bərpa etmək üçün göstərdiyi səylərə töhfə verməsi məyusedicidir. Moreno Okamponun bunu etmək həvəsində olarkən cəmi bir həftə ərzində öz rəyini verərək və "#StopArmenianGenocideinArtsakh" və "StopArmenianGenocide2023" həştəqlərini yerləşdirərək öz təhlilini qabaqcadan hazırlamaqla kifayətlənməsi sual doğurur.

Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur".

İkincisi, deyilir ki, M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada "soyqırımının" əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə "soyqırımının" tərifini vermək yaxşı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil:

"Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) "Xorvatiya Serbiyaya qarşı" işində izah olunduğu kimi, "soyqırımı iki tərkib elementi ehtiva edir: fiziki element, yəni törədilən əməl və ya "actus reus" və psixoloji element və ya "mens rea". İlk növbədə fiziki elementi götürsək, Okamponun fikrincə, belə görünür ki, Azərbaycanın Qarabağla Ermənistanı birləşdirən dağ yolu olan "Laçın dəhlizini" "bağlaması" və bununla da Qarabağın etnik erməni sakinlərini həyati ehtiyaclarından məhrum etməsi səbəbindən "soyqırımı" mövcuddur. Rəyə əsasən, bu "fakt" Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya ilə bağlı Ermənistan və Azərbaycan arasında aparılan icraatlarda aşkar edilib. Hətta bütün bu işlərin (birinin Azərbaycanın Ermənistana qarşı, digərinin isə Ermənistanın Azərbaycana qarşı qaldırdığı) heç də "soyqırımı" ilə bağlı olmadığını söyləsək belə, məhkəmənin Azərbaycan tərəfindən belə bir blokadanın olduğunu fakt kimi müəyyən etdiyini söyləmək yanlışdır.

Məhkəmənin ən son açıqlamalarını Ermənistanın qaldırdığı iş üzrə 6 iyul 2023-cü il tarixli qərarında tapmaq olar. Bu qərar "Azərbaycanın hərbi keçid məntəqələri yaratmaqla Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinə əsaslı şəkildə maneə törətməsi" ilə bağlı Ermənistanın iddiasına cavab olaraq verilib. Qərarda Ermənistanın iddiasında faktiki uyğunsuzluqlar qeydə alınıb və belə nəticəyə gəlinib ki, Məhkəmə "Laçın dəhlizi" ilə bağlı artıq verdiyi qərara dəyişiklik edilməsini əsaslandırmaq üçün hər hansı bir fərqli şəraitin mövcud olduğunu müəyyən edə bilməyib. Qeyd edək ki, bu son qərar Moreno Okampo tərəfindən ümumiyyətlə xatırlanmır.

Məhkəmə 2023-cü ilin fevralında vəziyyətlə bağlı daha əvvəlki qərarında sadəcə olaraq "12 dekabr 2022-ci il tarixində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin "pozulduğunu" ifadə edirdi və buna görə də Azərbaycan "Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün öz ixtiyarında olan tədbirləri görməyə" çağırılırdı. Məhkəmənin istər Moreno Okampo rəyinin istinad etdiyi etirazlar (hansı ki, Ermənistanın Məhkəməyə izah etdiyi kimi artıq baş vermir), istərsə də müzakirə etdiyi sərhəd buraxılış məntəqəsi ilə bağlı konkret qərarlar açıqlamadığı məlumdur. Məhkəmə nə Ermənistanın, nə də Azərbaycanın aralarında gedən icraatlarla bağlı verdiyi qərarlara əməl edib-etmədiyi barədə açıqlama verməyib.

Beləliklə, M.Okampo rəyi məhkəmənin icraatlarını tamamilə yanlış təqdim edir".

R.Diksonun hesabatında əks olunur ki, beynəlxalq hüquq məsələsi kimi yüksək hədd olan soyqırımının müəyyənedici elementini – qrupu tamamilə və ya qismən fiziki cəhətdən məhv etmək niyyətini əsaslandırmaq üçün heç bir sübut yoxdur. Rəydəki istinadlar bu əsas tələbə cavab vermir. Heç bir sübut olmadan ekspert tərəfindən soyqırımı ittihamlarının irəli sürməsi tamamilə yanlışdır.

"Psixoloji elementə gəlincə, Moreno Okampo rəyi BƏM-in qəti şəkildə bəyan etmədiyi məsələlər əsasında onun mövcudluğunu "qeyd etməyə" – yəni yanlış nəticə çıxarmağa çalışır. Bu, açıq şəkildə "soyqırımı" üçün tələb olunan xüsusi niyyətin, yəni "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin" olub-olmadığını müəyyən etməyə çalışmaq üçün qeyri-münasib üsuldur (Məhkəmənin Xorvatiya Serbiyaya qarşı işində izah etdiyi kimi). Hətta, məhkəmə rəyin nəzərdə tutduğu nəticələri çıxarmış olsaydı belə, konkret niyyətin mövcudluğu onlardan çıxarıla bilən yeganə "ağlabatan nəticə" olmazdı və buna görə də Rəyin bu barədə gəldiyi nəticə "Xorvatiya Serbiyaya qarşı" işindəki qərar kontekstində dəstəklənməzdi", - hesabatda bildirilir.

Ekspert deyir ki, Azərbaycan Roma Statutuna tərəf deyil və rəy dolayısı ilə qəbul etdiyi kimi, Qarabağ da daxil olmaqla, öz ərazisinə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməyib.

"Üstəlik, rəy istinad etdiyi "faktlar"da açıq şəkildə selektiv yanaşma tətbiq edir. O, misal üçün, Azərbaycanın Qarabağın etnik erməni sakinlərini təmin etmək üçün alternativ marşrut ("Ağdam-Xankəndi marşrutu") təklifinə toxunmur, baxmayaraq ki, bu, rəyin iddia etdiyi kimi, açıq şəkildə həmin sakinlərin "fiziki məhvinə səbəb olan həyat şəraitinin" Azərbaycan tərəfindən "qəsdən tətbiq edilib-edilməməsi" məsələsinə aiddir", - Dikson qeyd edib.

Ekspert əlavə edib ki, rəyin nəticələrini açıq şəkildə sual altına alan müvafiq faktiki hallar rahat şəkildə ört-basdır edilir və qeyd olunmur. Beləliklə, rəy balanslaşdırılmış və hərtərəfli ekspert hesabatı olmaqdan çox uzaqdır:

"Okamponun rəyi öz təhlilində natamam və qeyri-dəqiqdir. Buna görə də onun yaxından və diqqətlə yoxlanılması vacibdir. Onun sərtliyinin Azərbaycan və Ermənistanın sülh axtarışında olan hökumətləri arasında əsassız ziddiyyət yaratmasına imkan vermək olmaz. Əvəzində onun nəşri bütün tərəflərə və beynəlxalq ictimaiyyətə beynəlxalq hüquqa uyğun olaraq davamlı sülhü təşviq etmək üçün səylərini ikiqat artırmağa təkan verməlidir. Bütün bu səbəblərdən, regiondakı tərəflər və beynəlxalq ictimaiyyət Moreno Okampo rəyinin iddia edilən nəticələri və tövsiyələrinə qarşı ehtiyatlı olmalıdırlar".

Rodni Dikson aparıcı hüquqşünas və beynəlxalq hüquq üzrə ekspertdir. O, keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunallarından (ICTY/ICTR) başlayaraq bütün beynəlxalq cinayət məhkəmələri və tribunallarında həm ittiham, həm də müdafiə tərəfini təmsil edib. O, Beynəlxalq Cinayət Məhkəməsi qarşısındakı işlərdə, o cümlədən Sudanda prezident Bəşirə qarşı iddia edilən soyqırımı işi, Liviyanın keçmiş kəşfiyyat rəhbərinin işi, Şərqi Türküstan hökumətinə qarşı sürgündə olan uyğurların soyqırımı iddiası təcrübəyə malikdir. Rodni həm də Camalın dul qadınını təmsil edir. Hazırkı rəhbəri Kərim Xan ilə o, beynəlxalq cinayət məhkəmələri üzrə aparıcı dərsliyin həmmüəllifidir. "Temple Garden Chambers", London və Haaqada təcrübə keçir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 649   Tarix: 14 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

12:20 103
.

Şəkidə ağır qəzada sürücü hadisə yerində öldü, xəsarət alanlar var

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan Laçın rayo

10:58 159
.

Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir

Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə

14:30 0
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31.10.2026 289
.

15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO

Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə

01:08 428
.

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir

Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər. "Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyv

10:45 155
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 375
.

Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu

Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla

12:04 135
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

10:15 175
.