"Volt Azərbaycan"la bağlı qərar ictimai iaşə sektoruna necə təsir edəcək?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Volt Azərbaycan" MMC ilə bağlı son qərarı geniş ictimai müzakirələrə səbəb olub.
Agentliyin qərarının xüsusilə ictimai iaşə sektoruna - restoran və kafe biznesinə təsirsiz ötüşməyəcəyi bildirilir.
"Report" mümkün gözləntilərlə bağlı "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi ilə həmsöhbət olub.
Ekspertin fikrincə, "Wolt"un Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılması minlərlə insana - iş adamlarına, kuryerlərə, çatdırılma xidmətindən istifadə edən xarici və yerli vətəndaşlara böyük zərbə ola bilər:
"Yaxşı olardı ki, şirkətin fəaliyyətini dayandırmaq əvəzinə onunla maarifləndirmə işi aparılardı. İndi ki, bu qərar verilib, onda çatdırılma sahəsində yeni şirkətlərin yaradılması stimullaşdırılmalıdır".
S.Dübəndi deyir ki, "Wolt"un Azərbaycanda fəaliyyətinin genişlənməsi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edib:
"Bu da təəccüblü deyil, həmin dövrdə çatdırılma xidmətinə ehtiyac olduqca artmışdı. Hesablamalarımıza görə, hazırda şirkət təxminən üç min kuryerlə, 300-dən artıq ictimai iaşə və parakəndə satış obyektləri ilə əməkdaşlıq edir. Son vaxtlar onun ərtafında qalmaqallı məlumatlar dolaşır, şirkət inhisarçılıqda ittiham edilir, AQTA isə bəyan edib ki, şirkət qida təhlükəsizliyi tələblərinə əməl etmir və istehlakçıların hüquqlarını pozur. Təbii ki, bu qaydaları pozan şirkətlərə xəbərdarlıq edilməli, yeri gəlsə, onlar qanunvericilikdə nəzərdə tutulmuş qadada cərimə olunmalı, bütün bunlardan sonra isə son tədbir kimi fəaliyyətləri dayandırılmalıdır. Çünki, qeyd etdiyim kimi, onların fəaliyyəti minlərlə insanı əhatə edir və bu amil qəbul edilən qərarlarda nəzərə alınmalıdır",
Xatırladaq ki, "Wolt" 2014-cü ildə Finlandiyanın paytaxtı Helsinkidə yaradılıb, hazırda 23 ölkədə, 120-dən çox şəhərdə fəaliyyət göstərir. Şirkətin 40 mindən artıq kuryerı var və onların işi 15 min restoranı əhatə edir. Azərbaycan bazarına "Wolt" 2019-cu ildən daxil olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 895 Tarix: 15 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 142 Qaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu
Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri
31.10.2026 262 10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
00:15 334 Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
10:15 175 Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
00:21 340 Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
13:10 60 Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
15:10 0 Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə
15:30 0 Qızılın qiyməti xeyli ucuzlaşdı
"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6
31.10.2026 294