"Vətəndaşımızın Ermənistanda hansısa uzunmüddətli cəzaya məhkum edilməsinə imkan verməyəcəyik"-AÇIQLAMA
Qeyri sabit hava şəraitində yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma ittihamlarla ilə 20 il müddətinə həbs olunan Hüseyn Axundovun ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur. Məsələ ilə bağlı deputat Bəhruz Məhərəmmli BiG.AZ-a açıqlama verib:
"İlk növbədə, Ermənistanın əsirlikdə olan iki vətəndaşımız ilə bağlı məhkəmə şousu beynəlxalq hüquq və ədalət mühakiməsi adına böyük utancdır. Ermənistan məhkəməni siyasi şou alətinə çevirərək həmin şəxsləri hansısa sübut olunmuş konkret əməlinə görə yox, məhz azərbaycanlı olduqlarına görə "cinayət təqibinə" məruz qoyub. İkincisi, soydaşımızla bağlı prosedurların heç birində nə beynəlxalq hüququn, nə də Ermənistanın prosessual qanunvericiliyinin tələblərinə məhəl qoyulmayıb. Burada yeganə məqsəd azərbaycanlılara göz dağı vermək, eyni zamanda hazırda Laçın dəhlizi ətrafında siyasi şou ilə pozulmaqda olan sülh prosesinə növbəti istiqamətdə zərbə vurmaqdır. Nəticə etibarilə, Ermənistanın destruktiv və bölgədə sülh istəməyən tərəf olduğunu, revanşist niyyətlərinin hərşeydən daha üstün tutan bir subyekt olduğunu göstərir. Amma istənilən halda, Ermənistan bizim əsgərimizi əsassız olaraq əsirlikdə saxlamaqla, saxta ittihamlar irəli sürməklə, onun barəsində ağır cinayət ittihamı ilə çıxış etməklə özünü ifşa edir. Hər kəs, o cümlədən Ermənistan başa düşməlidir ki, biz bütün vasitələrdən istifadə edərək, vətəndaşımızın Ermənistanda hansısa uzunmüddətli cəzaya məhkum edilməsinə imkan verməyəcəyik".
Səfərova Sevda
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1424 Tarix: 16 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31.10.2026 289 Bu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
13:15 48 Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31.10.2026 245 XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
12:53 193 Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
00:21 340 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu - Foto\Video
Bakının Nizami rayonunda baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı hücuma məruz qalıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmu
12:59 88 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
13:20 21 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bunu "Report"a yerli fermerlər bildiriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya
13:00 85 Beyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
12:51 103