Kəlbəcərdə dövlət sərhədinin pozulması faktına görə cinayət işi açıldı
Kəlbəcərdə dövlət sərhədinin pozulması faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
"Araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin üzvü və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib avqustun 16-da, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib daşıdıqları odlu silah və döyüş sursatları ilə birgə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə ölkəmizdə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndi ərazisində yerləşən "N" saylı hərbi hissənin hərbi qulluqçularına odlu silahla atəş açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən təxribat-diversiya qrupunun üzvü saxlanılmaqla ondan cinayətin alət və vasitələri götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə yaradılmış istintaq qrupu tərəfindən təxirəsalınmaz zəruri istintaq tədbirləri davam edir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək", - məlumatda qeyd olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1118 Tarix: 16 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər
11:43 157 Gürcüstanın Baş naziri 1783-cü il müqaviləsinin əhəmiyyətindən danışdı
1783-cü il Georgiyevsk müqaviləsi Gürcüstan dövlətinin qorunmasında həlledici rol oynayıb. xəbər verir ki, Minval Telegram kanalının məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Kobaxidzenin sözlərinə görə, II Erekle Georgiyevsk müqaviləsini imzalayarkən bu sənəd Gürcüsta
11:10 162 Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir
Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb
12:21 162 İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi
14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət
11:09 147 Süni intellekt ən gizli sirlərinizi üzə çıxara bilər - XƏBƏRDARLIQ
Gizli münasibətlər, şəxsi yazışmalar, maliyyə məlumatları və ya sağlamlıqla bağlı məxfi detallar demək olar ki, hər kəsin başqaları ilə bölüşmək istəmədiyi məlumatlar var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellekt texnologiyalarının inkişafı belə məlumatların aşkarlanmasını və bir-biri il
13.08.2026 238 Afaq bu dəfə Yunanıstana getdi - Fotolar
Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin
14:10 192 Canlı yayımda söyüş söyən daha bir tiktoker SAXLANILDI
Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb. xəbər verir ki, şirkətdə usta işləyən 39 yaşlı Hacı Muradov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus hesabda canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizli
13.08.2026 324 Azərbaycanda hüququn aliliyi - hüquqi dövlətin əsas dayağı
Hüququn aliliyi demokratik və hüquqi dövlətin ən mühüm prinsiplərindən biridir. Bu prinsip dövlət və cəmiyyət həyatında qanunun üstünlüyünü, hər bir şəxsin qanun qarşısında bərabərliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsin
12:12 156 Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı - VİDEO
Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur. Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:. "Heç bir məluma
13.08.2026 225