Hakim və prorektorun adından dələduzluq etdi: Cəza verilmədi
Dələduzluqda və rüşvətə təhrik etməkdə ittiham olunan 42 yaşlı Ülviyyə Abasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq cinayət işinə xitam verilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun, Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyevin adından istifadə etməklə iki nəfərin 3700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Ü.Abasova zərərçəkmişlərdən birinə özünün hakim Z.Şirinovun tanışı olması barədə yalan məlumat verib, onunla bağlı həmin məhkəmənin icraatında olan mülki işin həllinə kömək edəcəyini deyib. O, işin həll edilməsi üçün Z.Şirinova 1700 manat pul çatmalı olduğunu deyib. Zərərçəkmiş həmin məbləği ödəmə terminalı vasitəsilə təqsirləndirilən şəxsə çatdırıb.
Digər zərərçəkmiş isə yeniyetmə oğlunun Memarıq və İnşaat Universitetinə qəbul olunması üçün təqsirləndirilən iki min manat verib. Zərərçəkmiş ifadəsində deyib ki, Ülviyyəni hüquqşünas kimi tanıyıb, oğlunun qabiliyyət imtahanından keçməsinə kömək etmək məqsədilə ona pul verib.
Ü.Abasova universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru O.Naqdiyevlə münasibətinin olduğunu bildirərək, işin həll ediləcəyinə söz verib.
O.Naqdiyev özü də məhkəmədə ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını deyib.
Hakim Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti əvvəllər dəfələrlə dələduzluğa görə məhkum edilmiş Ü.Abasovanı bu dəfə cəzalandırmayıb.
Dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxslərin şikayətlərinin olmaması onun işini yüngülləşdirib. Verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsi xaric edilib, 178.2.2-ci (təkrar dələduzluq) maddəsi üzrə isə cinayət təqibinə xitam verilib. Ü.Abasova barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 826 Tarix: 16 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 375 Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
00:21 340 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 142 Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü
Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1
13:10 60 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 428 İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
12:30 104 XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
12:53 193 "Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video
Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin
10:55 154 Qızılın qiyməti xeyli ucuzlaşdı
"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6
31.10.2026 294